Göyərçinkimilər
Göyərçinkimilər (lat. Columbiformes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinə aid heyvan dəstəsi.
Göyərçinkimilər dənyeyən quşlar olduğu üçün çinədanı yaxşı inkişaf etmişdir.Qanadı uzun, döş əzələrəri güclü, uçuşu sürətlidir, yem tapmaq üçün yuvasından çox uzağa uça bilir, yerdə rahat gəzib yemlənir.Göyərçinlərin ən irisi alabaxta, kiçiyi qumrudur.Bu quşların çox növü meşədə, bağda və parkda ağaclarda, qumlu sahələrdə, damda, çöl göyərçini isə qayalarda və müxtəlif tikililərdə sadə yuva tikir.Onların hər yuvasında 2 ədəd ağ yumurta olur.Yuvası o qədər sadədir ki, ağacın altında dayanıb yuvaya baxanda onun içərisində yumurtalar görünür.