Mayaka doğru
Mayaka doğru Virciniya Vulf tərəfindən yazılmış, 1927-cı ildə nəşr olunmuş, modernist üslubda yazılmış əsərdir. Əsər müəllifin sayca beşinci romanıdır. Əsərin yazılış üslubu ilə yazıçı Marsel Prust və Ceyms Coysun modernist roman ənənəsini davam etdirir. Romanda bir neçə dialoqu çıxmaqla, demək olar ki, tamamı ilə durğunluq hökm sürür, yalnız düşüncələrə yer verilir. Əsər üç hissədən ibarətdir, hadisələr və obrazların düşüncələri anonim şəxsin dilindən çatdırılır.
Romanın həm də avto-bioqrafik yönləri var, xanım Ramsinin obrazında öz anasını göstərən yazıçı, öz ailəsində onun ölümündən sonra yaranmış boşluğu təsvir edir.
Əsər həm "Modern Library" nəşr evi, həm də "Time" jurnalının ingiliscə yazılmış yüz ən yaxşı roman siyahısında özünə yer tapıb.
== Mövzusu ==
Birinci bölüm-Pəncərə . İlk bölüm Hebrid- Skayp adasında, Ramsi ailəsinin yay evində, xanım Ramsi və oğlunun söhbətinin təsviri ilə başlayır. Anası ilə bir gün sonrakı mayak səfərləri ilə bağlı söhbət edən Ceymsə atası hava aydın olmadığından gedə bilməyəcəklərini bildirir.