Halden həbsxanası
"Halden" həbsxanası (norv. Halden fengsel) — Norveçdə həbsxana; dünyanın "ən humanist və lüks" həbsxanası sayılır.
Norveçin paytaxtı Oslo yaxınlığında yerləşən "Halden" həbsxanası 252 məhbus üçün nəzərdə tutulmuşdur. Həbsxananın ətrafında 6 metr hündürlüyündə hasar var. Layihə müəllifləri beton-blok inşaatından imtina edərək ağacla üzlənmiş ikimərtəbəli kərpic korpuslar tikiblər.
Bu həbsxanada hər məhbusun vanna otaqlı əlahiddə kamerası var və bu kameralar üç ulduzlu otel otaqlarına bənzəyir. Kameralarda DVD pleyerlər, internetə qoşulmuş kompüter də var. Hər 12 məhbus üçün ayrıca qonaq otağı da nəzərdə tutulub.
Həbsxana nəzarətçilərinin yarısı qadınlardır. Üstəlik, nəzarətçilərə silah verilməyib və onlar çox vaxt məhbuslarla birlikdə nahar edir, idmanla məşğul olurlar.