heç bir dərd-qəm bilmədən

to be unaware of anything (быть, пребывать) * в блаженном неведении
heç bir damla da
heç bir əhəmiyyəti yoxdur
OBASTAN VİKİ
Dərd
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.
Qəm
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.
Qəm-qüssə
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.
Qəm yemə!
"Qəm yemə!" (gürc. არ იდარდო!) — rejissor Georgi Daneliyanın 1968 çəkdiyi sovet komediya-dram bədii filmi. Film fransız yazıçısı Klod Tilierin "Dayım Benjamin" tragikomediya romanının adaptasiyasıdır. Gürcüstan, 19-cu əsrin sonu. Benjamin Qlonti (Vaxtanq Kikabidze) Sankt-Peterburqda həkim ixtisası üzrə təhsil alır və doğma şəhərinə qayıdır. O, təhsil borclarını ödəməyə və xəstələri müalicə etməyə hec tələsmir, dostları, Benjaminin yeznəsi olan katib Luka və vəkil Dodo ilə əylənmək üçün vaxt keçirir. Benjaminin bacısı Sofiko (Sofiko Çiaureli) onu və böyük ailəsini saxlamalıdır. Qardaşını evləndirməyə çalışaraq, onu yerli loğman həkim Tsintsadzenin varlı ailəsindən olan və poruçik İşxnelini sevən qızı Meri (Məryəm) ilə bir araya gətirir və tanış edir. Benjaminin qayğısız həyatı birdən-birə çox mürəkkəbləşir. O, evlənməkdə maraqlı deyil, daha çox meyxanəçi arvadı Marqo ilə görüşməyə üstünlük verir, lakin Sankt-Peterburqda təhsil almaq üçün Benjaminə borc verən və indi borcunu tələb edən Abesalom Şalvoviç gəldiyindən və Qlontini həbslə hədələdiyindən Benjamin Sofikonun qərarına tabe olur.
Enn Heç
Enn Heç (ing. Anne Celeste Heche, 25 may 1969, Avrora[d], Ohayo – 11 avqust 2022, Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası, rejissoru və ssenaristi. Enn Heç 25 may 1969-cu ildə ABŞ-nin Ohayo ştatının Avrora şəhərində anadan olub. Atası baptist kilsəsində keçirilən xorun rəhbəri olub.1983-cü ildə QİÇS xəstəliyi səbəbindən atasını, bir il sonra isə baş vermiş avtoqəza nəticəsində aktyor karyerasına yeni başlayan özündən yaşca böyük olan qardaşını itirib.1985-ci ildə Enn-in 16 yaşı olarkən o, aktyorluq karyerasına yeni qədəm qoyacaq "Dünya necə fırlanır" adlı operada iştirak etmək üçün ilk təklifi alır. Lakin, anasının məsləhəti ilə ilk əvvəl məktəbi bitirməyi daha vacib hesab edərək bu təklifi rədd edir. Məktəbi bitirər bitirməz Nyu-York şəhərinə köçən Enn burada "Başqa Dünya" adlı serialda çəkilmək təklifini qəbul edir və həmin serialda oynadığı rola görə Emmy mükafatına layiq görülür.90-cı illərdə "Doni Brasko", "Vulkan", "Mən bilirəm siz keçən yay nə etmisiniz", "6 gün 7 gecə" adlı bir neçə uğurlu filmlərdə çəkilməsi kino sənayesində olan rəğmətini daha da artırmışdır.
Qəm Karvanı (1990)
Film-reportaj İran İslam Respublikasında baş vermiş təbii fəlakət-zəlzələ haqqındadır. Kinolentdə Rəşt, Gilan, Həmədan və başqa yerlərdə zəlzələnin acı nəticələri əks olunmuşdur. Filmin əsas qayəsi xalqlarımızın dar gündə birliyini təcəssüm etdirməkdir. Rejissor: Nizami Abbas Ssenari müəllifi: İmran İsmayıl, Nemət Rzayev Operator: Nizami Abbas Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
Qəm Pəncərəsi (1986)
Qəm pəncərəsi — 1986-cı ildə Anarın yazıçı Cəlil Məmmədquluzadənin 1894-cü ildə yazdığı "Danabaş kəndinin əhvalatları" və 1921-ci ildə yazdığı "Danabaş kəndinin müəllimi" əsərləri əsasında yazdığı ssenariyə uyğun olaraq çəkilmiş Azərbaycan sovet filmi. Filmin rejissoru da Anardır. Filmdə Həsən Turabov Cəlil Məmmədquluzadənin qocalıq dövrünü, Elmira Şabanova isə onun həyat yoldaşı Həmidə Məmmədquluzadəni canlandırır. Filmdə yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin uşaqlıq dövrü ilə bağlı hadisələr öz əksini tapmışdır. "Qəm pəncərəsi" filmi Cəlil Məmmədquluzadənin xatirəsinə ithaf edilib. Filmin ssenarisi Anar tərəfindən Cəlil Məmmədquluzadənin 1894-cü ildə yazdığı "Danabaş kəndinin əhvalatları" və 1921-ci ildə yazdığı "Danabaş kəndinin müəllimi" əsasında yazılıb. Filmdə Cəlil Məmmədquluzadənin uşaqlıq dövründə baş verən hadisələr təsvir edilir. Filmin digər adı "Danabaş kəndinin əhvalatları"dır. Bu film rejissor Mərahim Fərzəlibəyovun ilk aktyor işidir. Filmdə "Molla Nəsrəddin" jurnalının karikaturalarından istifadə edilib.
Bir
Bir — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Saymağa birdən başlayırıq. Bir ikidən əvvəl gəlir. == Riyaziyyatda == Bir ədədi riyaziyyatda bir çox hallarda vahid adlanır. Vahidin aşağıdakı xassələri var: İstənilən ədədi vahidə vurduqda həmin ədəd özü alınar. Vahidi istənilən ədədə vurduqda həmin ədəd özü alınar. İstənilən ədədi vahidə böldükdə həmin ədəd özü alınar. Vahid tək ədəd hesab edilir. 1 ədədi nə sadə ədəd, nə də ki, mürəkkəb ədəddir. == İnam və etiqadlarda == Mənəvi və maddi mədəniyyətin tərkib hissələrindən bilinən ümumsay kompleksində həm də "tək", "vahid" adları daşıyan çoxmənalı bir sayı mifoloji dünya modelində "Tanrı", "Kosmos" anlayışı ilə hər hansı hadisə və işin, əşyanın ilkliyi, başlanğıcı təsəvvürünü yaratmaqla düşüncəyə, məişətə daxil olmuşdur.
Qəm karvanı (film, 1990)
Film-reportaj İran İslam Respublikasında baş vermiş təbii fəlakət-zəlzələ haqqındadır. Kinolentdə Rəşt, Gilan, Həmədan və başqa yerlərdə zəlzələnin acı nəticələri əks olunmuşdur. Filmin əsas qayəsi xalqlarımızın dar gündə birliyini təcəssüm etdirməkdir. Rejissor: Nizami Abbas Ssenari müəllifi: İmran İsmayıl, Nemət Rzayev Operator: Nizami Abbas Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
Qəm pəncərəsi (film, 1986)
Qəm pəncərəsi — 1986-cı ildə Anarın yazıçı Cəlil Məmmədquluzadənin 1894-cü ildə yazdığı "Danabaş kəndinin əhvalatları" və 1921-ci ildə yazdığı "Danabaş kəndinin müəllimi" əsərləri əsasında yazdığı ssenariyə uyğun olaraq çəkilmiş Azərbaycan sovet filmi. Filmin rejissoru da Anardır. Filmdə Həsən Turabov Cəlil Məmmədquluzadənin qocalıq dövrünü, Elmira Şabanova isə onun həyat yoldaşı Həmidə Məmmədquluzadəni canlandırır. Filmdə yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin uşaqlıq dövrü ilə bağlı hadisələr öz əksini tapmışdır. "Qəm pəncərəsi" filmi Cəlil Məmmədquluzadənin xatirəsinə ithaf edilib. Filmin ssenarisi Anar tərəfindən Cəlil Məmmədquluzadənin 1894-cü ildə yazdığı "Danabaş kəndinin əhvalatları" və 1921-ci ildə yazdığı "Danabaş kəndinin müəllimi" əsasında yazılıb. Filmdə Cəlil Məmmədquluzadənin uşaqlıq dövründə baş verən hadisələr təsvir edilir. Filmin digər adı "Danabaş kəndinin əhvalatları"dır. Bu film rejissor Mərahim Fərzəlibəyovun ilk aktyor işidir. Filmdə "Molla Nəsrəddin" jurnalının karikaturalarından istifadə edilib.
Bir kəmər, bir yol
Kəmər və Yol Təşəbbüsü (abr. KYT; ing. Belt and Road Initiative; abr. BRI və ya B&R), əvvəlki adı ilə Bir kəmər, bir yol (çin. 一带一路; ing. One Belt One Road; abr. OBOR) — Çin hökumətinin 2013-cü ildə 70-ə yaxın ölkəyə və beynəlxalq təşkilata sərmayə yatırmaq məqsədilə qəbul etdiyi qlobal infrastruktur inkişaf strategiyası. Bu, Çin Kommunist Partiyasının (ÇKP) baş katibi və Çinin rəhbəri Si Tszinpinin xarici siyasətinin mərkəzi hissəsidir. O, təşəbbüsü ilk olaraq 2013-cü ilin sentyabrında Qazaxıstana rəsmi səfəri zamanı strategiyanı "İpək Yolu İqtisadi Kəməri" adı ilə elan etmişdir. "Kəmər" sözü "İpək Yolu İqtisadi Kəməri"nin qısaltmasıdır.
Heç nə əbədi deyil
Heç nə əbədi deyil (ing. Nothing Lasts Forever) — Sidni Şeldonun 1994-cü ildə yazdığı romandır.
Polkovnikə heç kim yazmır
Polkovnikə məktub yoxdur (isp. El coronel no tiene quien le escriba) — kolumbiyalı yazıçı, ədəbiyyat sahəsində Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin 1956-1957-ci illərdə yazılmış və ilk dəfə 1961-ci ildə dərc edilmiş novellası (povesti). Novellada hadisələr 1956-cı ildə kiçik Kolumbiya şəhərciyində baş verir. Baş qəhrəman Min Günlük müharibənin veteranı olan 75 yaşlı polkovnikdir. O arvadı ilə şəhərciyin kənarında yaşayır və oğlu Aqustin öldürüləndən sonra onlar yoxsulluqdan əziyyət çəkirlər. Polkovnik müharibə veteranı kimi ona təyin edilməli olan pensiya barəsində uzun illərdir ki, paytaxtdan məktub gözləyir. Lakin ona heç kim yazmır. Qoca bütün ümidlərini döyüş xoruzuna bağlayır. Yanvar ayında xoruz döyüşləri başlamalıdır. Polkovnik və onun arvadı yeməyə bir şey tapmasalar da, o , öz xoruzunu yaxşı yemləyir və xoruzu satmaq təkliflərini rədd edir.
Heç kim (film, 2021)
Heç kim (ing. Nobody) — Derek Kolstad'ın senarisində İlya Naişuller tərəfindən idarə olunan bir Amerikan filmi komediyası. Baş rollarda Bob Odenkerk, Connie Nielsen, Aleksey Serebryakov və Christopher Lloyd oynayır. Film, evinə oğru girdikdən sonra ailəsini qorumağa çalışan və cinayətlə üzləşmək məcburiyyətində qalan bir ailə başçısından bəhs edir . Filmin prodüserləri Odenkerk və David Litchdir. Film Rusiyada 18 mart 2021-ci ildə ABŞ-da martın 26-da nümayiş olundu, distribütoru Universal Pictures-dir. Film dünya üzrə 57,5 ​​milyon dollar gəlir əldə etdi və tənqidçilərdən müsbət rəylər aldı, onlar Odenkerkinin varisliyini və aktyorluğunu yüksək qiymətləndirirlər. Hutch Mansell, qayınatası Eddiyə məxsus metal emalı fabrikində ofis işçisi kimi darıxdırıcı həyat sürən adi bir insandır. Hutchin arvadı Bekki illərdir ona soyuq yanaşır. Hutch oğlu Bleyklə yaxşı yola getmir və yeganə qızı Semmi ona bağlıdır.
Heç vaxt geri dönməyəcəyik
Heç vaxt geri dönməyəcəyik (ing. Never Goin' Back) — Avqustin Frizzellin yazıb rejissorluq etdiyi 2018-ci il komediya filmi. Film ən yaxşı dost və otaq yoldaşları olan iki yeniyetmə qız, Ancela və Cessinin hekayəsindən bəhs edir. Onlar aşağı səviyyəli bir yeməkxanada ofisiant kimi işləyirlər və çimərlik tətilinə getməyi xəyal edirlər. Bununla belə, onların planları pozulur və davamlı olaraq bir sıra problemlərlə qarşılaşırlar. Maia Mitchell — Angela Camila Morrone — Jessie Joel Allen — Dustin Kendal Smith — Tony Matthew Holcomb — Ryan Kyle Mooney — Brandon Atheena Frizzell — Crystal A24 filmləri Heç vaxt geri dönməyəcəyik — Internet Movie Database saytında.
Doxsan bir
Doxsan bir — say sistemində ədədlərdən biridir. Doxsandan sonra, doxsan ikidən əvvəl gəlir. Doxsan bir ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Medison Bir
Medison Bir (ing. Madison Beer; 5 mart 1999, Ceriko, Nyu-York ştatı, ABŞ) — amerikalı müğənni və bəstəkar. Madison Elle Beer 5 mart 1999-cu ildə Nyu-York ştatının Yeriko şəhərində yəhudi ailədə dünyaya gəldi. Atası Robert Beer əmlakçı, anası Tresi isə memar idi. 4 yaşında modellik yarışmasında qələbə qazanan Beer Child Magazine-nin baş səhifəsində yer aldı. Rider adlı kiçik qardaşı var. Musiqi karyerası 13 yaşında Castin Biberin vasitəsiylə başladı. Sonra Island Records ilə müqavilə imzaladı. 2017 avqust ayında ilk albomu As She Pleases-i yayımladı. Beer 2020-ci ildə Epic Records ilə razılaşıb 2021 fevralda ikinci albomu Life Support-u yayımladı.
On bir
On bir — say sistemində ədədlərdən biridir. Ondan sonra, on ikidən əvvəl gəlir. On bir ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir. Natriumun atom rəqəmi.
Otuz bir
Otuz bir — say sistemində ədədlərdən biridir. Otuzdan sonra, otuz ikidən əvvəl gəlir. Otuz bir ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Qırx bir
Qırx bir — say sistemində ədədlərdən biridir. Qırxdan sonra, qırx ikidən əvvəl gəlir. Qırx bir ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
Səksən bir
Səksən bir — say sistemində ədədlərdən biridir. Səksəndən sonra, səksən ikidən əvvəl gəlir. Səksən bir ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Yetmiş bir
Yetmiş bir — say sistemində ədədlərdən biridir. Yetmişdən sonra, yetmiş ikidən əvvəl gəlir. Yetmiş bir ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
Yüz bir
Yüz bir — mahnı ilə muşayiət olunan çox geniş yayılmış rəqs. Yüz bir Şərq aləminə aid olunan mistik rəqəmlərdən biridir. Məsələn, təsbehdə olan yüz bir ədəd buna örnəkdir. Belə fərziyyə də var ki, qədim el şənliklərində musiqiçilər ekspromt (bədahətən) rəqslər yaradırlarmış, onları unutmamaq üçün sıra nömrələri ilə nömrələrlərmiş, məs.: üç, dörd, beş, on dörd. "Yüz bir"i rəqs kimi xatırlayırlar, ancaq əvvəllər mahnı ilə ifa olunub. Musiqisi çox həsrətdolu, lirikdir, bu da ondan irəli gəlir ki, Şüştər muğamı üstündədir. Balabanın ifasında çox qulağayatımlıdır. Öz dövründə çox məşhur olan bu rəqs indi nadir hallarda yad edilir. Rəqs bir qədər cəld tempdə gedir, qızğın surətdə bir sıra rəngarəng hərəkətlərlə, xüsusən çiyin hərəkətlərilə ifa olunur. Onu həm kişilər, həm də qadınlar oynayırlar.
İyirmi bir
İyirmi bir — say sistemində ədədlərdən biridir. İyirmidən sonra, iyirmi ikidən əvvəl gəlir. İyirmi bir ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Əlli bir
Əlli bir — say sistemində ədədlərdən biridir. Əllidən sonra, əlli ikidən əvvəl gəlir. Əlli bir ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.