HEAT
Yüksək partlayıcılı tank əleyhinə mərmi (ing. high-explosive anti-tank) (HEAT) və ya Kumulyativ mərmi - kumulyativ effektdən istifadə olunan əsas artelleriya təyinatlı mərmi növüdür. Zirehli (tank, pzm və sairə), eləcə də dəmir-beton hədəfləri vurmaq üçün nəzərdə tutulur.
Kumulyativ mərmi korpusdan, partlayıcı doldurucudan, kumulyativ çuxurcuqdan, partladıcıdan və trasserdən ibarətdir. Yüksək çıxış sürətini Neuman effekti ilə istifadə edərək möhkəm və qalın zirehi daha təsirli bir şəkildə vurur. Səs sürətindən 25 dəfə daha sürətli hərəkət edərək, zirehə yüksək təsir göstərir. Mərminin xarici hissəsi metal astarla örtülmüşdür. İkinci Dünya Müharibəsi dövründə misdən istifadə edilmişdir. Mərmi tank zirehinə çatmazdan 2 metr əvvəl əsasən bölünür və dağılır. HEAT mərmisinin effekttivliyi əsasən döyüş başlığının diametri ilə mütənasibdir.