Homo heidelbergensis
Homo heidelbergensis (heidelberg adamı) ilk dəfə 1907-ci ildə Heidelberg yaxınlığındakı bir daş ocağında çənə sümükləri ilə kəşf edilmişdir. Tapılan çənə müasir insanlarda olduğu kimi balaca dişli olsa da, müasir insanlarınkından fərqli olaraq çənə sümükləri çox geniş və ağır olmuşdur.
Homo heidelbergensis növü 600.000-300.000 il əvvəl yaşamışdır, lakin Gran Dolina İspaniyadakı 800.000 illik fosillər Homo heidelbergensisə ya da Homo antisessorun fərqli bir növünə aid ola bilər.
Hal-hazırda Homo heidelbergensis olaraq bilinən fosillərin əksəriyyəti, keçmişdə Homo erectus, Homo neandertalensis ya da Archaic sapiens olaraq tanınmışdı, ancaq bu gün onların Homo heydelberqə məxsus olduqlarını bilirik.
== Homo heidelbergensis və təkamül ==
Homo heidelbergensis əvvəlcə Afrikada təkamül etdi və sonra Avropa və Asiyaya yayıldı. Homo heidelbergensisin fərqli coğrafi regionlarda yaşaması, nəticədə onun iki fərqli növə çevrilməsinə səbəb oldu. Avropada yaşayanlar Homo neandertalensisə, Afrikada yaşayanlar Homo Sapiensə (müasir insanlar) çevrildi. Afrikada yaşamış və daha sonra Homo Sapiensə çevrilən Homo heidelbergensis, Homo rhodesiensis də adlandırılmışdır. Ancaq bu mövzuda fərqli bir fikir də var. Gran Dolina İspaniyada tapılan fosillərə əsaslanaraq Gran Dolinadakı qədim Homo heidelbergensis populyasiyasının fərqli bir növ olaraq seçilə biləcəyi qədər fərqli olduğu düşünülür.