Teodor Herzl
Teodor Hertsl (2 may 1860[…], Peşt[d], Macarıstan krallığı[d], Avstriya imperiyası – 3 iyul 1904[…], Rayhenau-an-der-Raks[d], Aşağı Avstriya[d]) — Avstriya-Macarıstan İmperiyasında anadan olmuş yəhudi jurnalist, dramaturq, siyasi fəal, yazıçı və müasir siyasi sionizm cərəyanının banisi. Hertsl Dünya Sionist Təşkilatını formalaşdırmış və başqa bölgələrdə yaşayan yəhudilərin Fələstinə immiqrasiyası sayəsində burada yəhudi dövlətinin əsasının qoyulması fikrinin əsasını qoymuşdur. Müstəqil dövlət kimi formalaşmasını öz sağlığında görə bilməsə də, İsrail Dövlətinin banisi hesab olunur.
Hertslın adı İsrailin Müstəqillik Bəyannaməsində xüsusilə qeyd olunur və ona "Yəhudi Dövlətinin spiritual banisi" şəklində müraciət olunur. Bütün bunlarla birlikdə o heç də ilk sionist nəzəriyyəçi və ya alim deyildi. Ondan əvvəl də ilkin sionist ideyaların yayılmasında böyük rol oynamış Yehuda Bibas, Zvi Hirş Kalişer və İuda Alkalay kimi ravvinlər var idi.
Teodor Hertsl Macarıstan krallığında indiki Budapeşt şəhərinin şimal-qərbində yerləşən yəhudi məhəlləsində dünyəvi ideyalara sahib yəhudi ailəsində anadan olmuşdur. Atası əslən Serbiyanın Zimoni şəhərindən (indiki Zemon şəhəri) idi. O, almandilli və assimilyasiyaya məruz qalmış yəhudilər olan Janett və Yakob Hertslın ikinci övladı kimi dünyaya gəlmişdi. Hertsl ailəsinin həm ata, həm də ana tərəfdən Aşkenazi və Səfərad yəhudilərindən olduğu bildirilir.