Herz

das; -ens, -en 1. ürək, qəlb; bağır; insaf, mərhəmət; 2. (Zentrum) mərkəz;3. (Kartenspiel) qırmızı toxmaq; 4. (Mut) cəsarət, ürək, cürət, qıyma; 5. (Gemüt) könül, ruh, can; kein ~ haben daşürəkli olmaq, bağrı daşa dönmək; sein ~ ausschütten ürəyini boşaltmaq, dərd-dil etmək, dərdləşmək; sich ein ~ fassen ürəklənmək, cürətlənmək; et. auf dem ~en haben ürəyi dolu olmaq, ürəyində bir söz olmaq; F j-m das ~ brechen bir kəsin qəlbini sındırmaq; ein ~ und eine Seele sein əlbir-dilbir olmaq, bir qəlbdə yaşamaq, canbir olmaq, dilbir olmaq; übers ~ bringen et. zu tun qıymaq; aus vollem ~en can-dildən
herwagen
Herzanfall
OBASTAN VİKİ
Mein Herz brennt
Mein Herz brennt (alman dilindən – "Mənim qəlbim yanır") — Almaniya rok musiqi qrupu olan "Rammstein" mahnısı. Mahnı musiqi qrupunun yeddinci studiya albomunu olan "Mutter" (2001) albomunun baş sinqlıdır. Həmçinin, mahnı musiqi qrupunun o dövrdəki konsertlərində açılış mahnısı kimi istifadə olunurdu. Əlavə olaraq, mahnı musiqi qrupunun ən böyük hitlər albomu olan "Made in Germany 1995–2011" (2011) musiqi albomunda buraxılmışdır. Bu, albomun sinql olaraq buraxılmamış və musiqi videosu olmayan yeganə mahnısı idi. Mahnı 2012-ci ildə "Videos 1995–2012" video kolleksiyasını reklam etmək üçün yenidən buraxılmışdır. Mahnının pianino versiyası sinql olaraq 7 dekabr 2012-ci ildə buraxılmışdır. Mahnının sözləri üçüncü şəxsin kabusların yaratdıqları vahimələri təsvir etməyində ibarətdir. Mahnının girişinin açılış misrası və nəqərati ("Nun, liebe Kinder, gebt fein Acht. Ich habe euch etwas mitgebracht"; mənası – "İndi, əziz uşaqlar, diqqət yetirin.
Aleksandr Herzen
Aleksandr İvanoviç Herzen (rus. Алекса́ндр Ива́нович Ге́рцен; 25 mart (6 aprel) 1812[…], Moskva – 9 (21) yanvar 1870[…], Paris, Fransa) — rus ədibi, filosof və inqilabçı-demokrat. Bərabərlik olmadan əsl nikah ola bilməz, ərini maraqlandırmayan, onun fikirlərini bölüşməyən arvad onun üçün kənizdir, xidmətçidir, dayədir. Elm-həqiqətin inkişaf etdiyi canlı orqanizmdir. Kitab bir nəslin o biri nəslə qoyub getdiyi mənəvi vəsiyyətdir. Kitab vasitəsilə biz həqiqətlər və rəzalərlər mülkünə daxil oluruq. Kitaba hörmət etmək, bu təfəkkür məbədinə daxil olmaq lazımdır. Tələsik evlənənin əzabı uzun sürər. Yalnız illərin sınağından çıxmış hisslər müqəddəsdir.
Ernst Herzfeld
Ernst Emil Herzfeld (23 iyul 1879[…] – 21 yanvar 1948, Bazel) — alman arxeoloq, memar və sənət tarixçisi. İslam mədəniyyəti, xüsusən İran sənəti ilə bağlı tədqiqatları ilə tanınmışdır. Herzfeld ayrıca Silifke yaxınlığındakı Aya Tekla xristian həcc mərkəzindəki tədqiqatlarda iştirak etmiş və rəsmlərini Samuel Guyerin şərhləri ilə birlikdə nəşr etdirmişdir. Münhen və Berlin universitetlərində memarlıq təhsili almış, ilk dəfə 1903-cü ildə Orta Şərqə getmiş, Mesopotamiyadakı Assuriya şəhərlərindən birində aparılan qazıntılarda memar kimi işləmiş, İraqdakı qədim Samarra şəhərini gördükdən sonra İslam mədəniyyəti ilə maraqlanmağa başlamışdır. Burada həyata keçirmiş olduğu ilk işlərini daha sonra 1907-ci ildə Samarra, Aufnahmen und Untersuchungenzur islamichen Archeologie (Səmarra, İslam Arxeologiya üzrə Ölçülər və Tədqiqatlar) adı altında çap etmişdir. Assuriya qazıntılarından ölkəsinə 1906-cı ildə qayıdarkən, İran yolundan istifadə etmiş və burada Pasarqad və Persepolisə səyahət etmişdir. Növbəti il bu iki şəhər əsasında hazırladığı tədqiqat işi ilə Berlin Universitetində doktorluq adı almışdır. 1908-ci ildə İstanbul və Suriyadan keçməklə Hindistana səyahət etmişdir. Sənət tarixçisi Friedrich Sarre ilə birlikdə Mesopotamiyada Fərat və Dəclə çayları vadilərində gəzərək bir çox arxeoloji sahəni müəyyən etdilər. Bu tədqiqatlarının nəticələrini 1911-1920 arasında Archeologische Reise im Euphrat ung Tignis Gebiet (Fərat və Dəclə Regionunda Arxeoloji Səyahət) adlı dörd cildlik əsərlərində yaydılar.
Hafsiya Herzi
Hafsiya Herzi (fr. Hafsia Herzi; 25 yanvar 1987, Manosk) —Tunis-Əlcəzair əsilli Fransa aktrisası. Hafsiya Herzi 25 yanvar 1987-ci ildə Fransanın Manosk şəhərində anadan olub. O, 13 yaşında Notes sur le rire telefilmində rol alıb. Getdikcə püxtələşən Hafsiya Herzi Plus belle la vie и Sous le soleil filmlərində çəkilib. Hafsiya Herzi 2005-ci ildə Əbdüllətif Keşişin Kus-kus və barabulka filmində Rum roluna dəvət alıb.
Herzeleid
Herzeleid - Rammstein qruppunun debut albomudur.
Pentacalia herzogii
Pentacalia herzogii (lat. Pentacalia herzogii) — mürəkkəbçiçəklilər fəsiləsinin pentacalia cinsinə aid bitki növü.
Teodor Herzl
Teodor Hertsl (2 may 1860[…], Peşt[d], Macarıstan krallığı[d], Avstriya imperiyası – 3 iyul 1904[…], Rayhenau-an-der-Raks[d], Aşağı Avstriya[d]) — Avstriya-Macarıstan İmperiyasında anadan olmuş yəhudi jurnalist, dramaturq, siyasi fəal, yazıçı və müasir siyasi sionizm cərəyanının banisi. Hertsl Dünya Sionist Təşkilatını formalaşdırmış və başqa bölgələrdə yaşayan yəhudilərin Fələstinə immiqrasiyası sayəsində burada yəhudi dövlətinin əsasının qoyulması fikrinin əsasını qoymuşdur. Müstəqil dövlət kimi formalaşmasını öz sağlığında görə bilməsə də, İsrail Dövlətinin banisi hesab olunur. Hertslın adı İsrailin Müstəqillik Bəyannaməsində xüsusilə qeyd olunur və ona "Yəhudi Dövlətinin spiritual banisi" şəklində müraciət olunur. Bütün bunlarla birlikdə o heç də ilk sionist nəzəriyyəçi və ya alim deyildi. Ondan əvvəl də ilkin sionist ideyaların yayılmasında böyük rol oynamış Yehuda Bibas, Zvi Hirş Kalişer və İuda Alkalay kimi ravvinlər var idi. Teodor Hertsl Macarıstan krallığında indiki Budapeşt şəhərinin şimal-qərbində yerləşən yəhudi məhəlləsində dünyəvi ideyalara sahib yəhudi ailəsində anadan olmuşdur. Atası əslən Serbiyanın Zimoni şəhərindən (indiki Zemon şəhəri) idi. O, almandilli və assimilyasiyaya məruz qalmış yəhudilər olan Janett və Yakob Hertslın ikinci övladı kimi dünyaya gəlmişdi. Hertsl ailəsinin həm ata, həm də ana tərəfdən Aşkenazi və Səfərad yəhudilərindən olduğu bildirilir.
İsaak Herzoq
İsaak Herzoq (ivr. ‏יצחק "בוז׳י" הרצוג‏‎; 22 sentyabr 1960, Pardes-Xana-Karkur[d], Hayfa dairəsi) — 2021-ci ildən İsrailin 11-ci prezidenti vəzifəsini icra edən israilli siyasətçi.
Herzi Halevi
Herzi Halevi (ivr. ‏הרצל "הרצי" הלוי‏‎; 17 dekabr 1967, Qüds) — İsrail Silahlı Qüvvələrinin General-leytenantı, yəhudiəsilli hərbçi. 2023-cü ilin 16 yanvar tarixindən etibarən İsrail Respublikası Silahlı Qüvvələri Baş Qərargahı rəisi vəzifəsinə təyin olunmuşdur. 1985-ci ildən etibarən ölkəsinin silahlı qüvvələrində xidmət edən Halevi, əvvəllər Cənub Komandanlığının komandiri, Hərbi Kəşfiyyat İdarəsinin rəisi, 35-ci Paraşütçülər Briqadasının komandiri və İsrail Silahlı Qüvvələri Baş Qərargahının Xüsusi Təyinatlı Bölməsi olan Sayeret Matkalı rəhbəri vəzifələrində çalışıb. Halavi Hərbi Kəşfiyyat İdarəsinə rəhbərlik etmiş ilk ortodoks yəhudi kimi tarixə keçib. Herzi Halevi 1967-ci ilin 17 dekabr tarixində İsrailin Yerusəlim şəhərində anadan olub. Atası Şlomo İrqun Dilin Müdafiəsi Batalyonu təşkilatının üzvü olmuş Haim Şalom Halevinin oğlu idi. Ana tərəfdən olan babası Dov Baar Kohen ölkənin baş ravvini kimi xidmət edib. Herzi adı Altıgünlük müharibədə doğumundan bir necə ay əvvəl həlak olmuş əmisinin şərəfinə adlandırılımışdır. Halevinin anasının mənsub olduğu ailə 14 nəsil Yerusəlim şəhərində yaşamışdır, atasının valideynləri isə Rusiyadan köçmüşdür.
Herzliya
Herzliya (ivr. ‏הֶרְצְלִיָּה‏‎ ; ərəb. هرتسليا‎) İsrailin mərkəzi sahilində, Tel-Əviv rayonunun şimal hissəsində, güclü startap və sahibkarlıq mədəniyyəti ilə tanınan zəngin şəhərdir . 2021 ildə 103,318 əhalisi var idi.[1 ]Müasir sionizmin banisi Teodor Herzlin şərəfinə adlandırılan Herzliyanın sahəsi 21.6 kv. metkilor (8.3 kv. mil) ərazini əhatə edir. . Onun qərb, sahilyanı ərazisi Herzliya Pituah adlanır və İsrailin ən varlı məhəllələrindən biridir və çoxsaylı səfirliklər, səfirlərin iqamətgahları, şirkət qərargahları və tanınmış İsrail iş adamlarının evləri burada yerləşir. Theodor Herzl adına adlandırılan Herzliya 1924-cü ildə yeni miqrantlardan və veteran sakinlərdən ibarət qarışıq bir əhalisi olan yarı-kooperativ kənd təsərrüfatı icması (moshava) olaraq quruldu. Həmin il ərzində 101 ev inşa edildi və kənd böyüməyə davam etdi. 1931-ci ildə siyahıya alınan əhalinin sayı 1 217 nəfər olub.