HİDROTEXNİKA

(hidro…+mexnika) su ehtiyatlarını, onlardan stifadə yollarını, həmçinin xüsusi hidrotexniki qurğu və avadanlıqların köməyi sayəsində suyun dağıdıcı təsiri ilə mübarizə üsullarını öyrənən elm; muvafiq texnika sahəsi. H. bir elm kimi hidrologiya, hidrogeologiya, hidravlika, hidromexanika və mühəndisi inşaat elmlərinə (qruntlar mexanikası, inşaat mexanikası, mühəndisi geologiya və s.) əsaslanır. H. su axınlarının hidrotexniki qurğulara və məcralara təsirini, onların suyun dağıdıcı təsirindən qorunması üsullarını öyrənir; çay axınının tənzimləmə metodlarını işləyib hazırlayır; suyun qruntdan, qurğudan və onların əsaslarından süzülməsi prosesini tədqiq edir; hidrotexniki qurğuların və onların əsaslarının dayanıqlığı nəzəriyyəsini və s. işləyib hazırlayır. H. sahəsində nəzəri tədqiqat hidrotexniki qurğuları hesablama və konstruksiyalama metodlarını, onların tikilməsi və istismarı üsullarını yaratmağa imkan verir.
HİDROSTATİKA
HİDROTEXNİKİ QURĞULAR
OBASTAN VİKİ
Hidrotexnika
Hidrotexnika- (hidro…+mexanika)- su ehtiyatlarını, onlardan istifadə yollarını, həmçinin xüsusi hidrotexniki qurğu və avadanlıqların köməyi sayəsində suyun dağıdıcı təsiri ilə mübarizə üsullarını öyrənən elm; müvafiq texnika sahəsi. Hidrotexnika bir elm kimi hidrologiya, hidrogeologiya, hidravlika, hidromexanika və mühəndis inşaat elmlərinə (qruntlar mexanikası, inşaat mexanikası, mühəndis geologiya və s.) əsaslanır. Hidrotexnika aşağıdakı sahələri öyrənir. Su axınlarının hidrotexniki qurğulara və məcralara təsirini, onların suyun dağıdıcı təsirindən qorunması üsullarını; Çay axınının tənzimləmə metodlarını işləyib hazırlayır; Suyun qruntdan, qurğudan və onların əsaslarından süzülməsi prosesini tədqiq edir; Hidrotexniki qurğuların və onların əsaslarının dayanıqlığı nəzəriyyəsini və s. işləyib hazırlayır. Hidrotexnika sahəsində nəzəri tədqiqat hidrotexniki qurğuları hesablama və konstruksiyalama metodlarını, onların tikilməsi və istismarı üsullarını yaratmağa imkan verir. == Hidrotexniki qurğular == Hidrotexniki qurğular təbii su ehtiyatlarından (çay, göl, dəniz, yeraltı sular) səmərəli istifadə etmək məqsədi ilə, yaxud suyun (selin) zərərli təsirinə qarşı mübarizə üçün tikilən xüsusi mühəndis qurğularıdır. Bu qurğular vasitəsilə suları və axınları idarə etmək-suyun səviyyəsini və sərfini tənzimləmək, onun miqdarını, sürətini, istiqamətini, rejimini və s.-ni tələbata uyğun dəyişdirmək olur. Hidrotexniki qurğular dəniz, çay, göl, yerüstü, yeraltı ola bilər və ümumi təyinatlı və xüsusi hidrotexniki qurğulara ayrılır. === Ümumi təyinatlı qurğular === Ümumi təyinatlı qurğulara suyun qarşısını saxlayan və səviyyə düşgüsü yaradan qurğular (bənd, damba), suötürən, sutoplayıcı, sugötürücü qurğular, tənzimləyici qurğular və s.

Значение слова в других словарях