hilli
hilsiz-mixəksiz
OBASTAN VİKİ
Paraphytoseius hilli
Paraphytoseius hilli (lat. Paraphytoseius hilli) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin paraphytoseius cinsinə aid heyvan növü.
Çağırış (Hilli)
Çağırış (Uddətud-Dai) — Şeyx Əhməd ibn Fəhd Hillinin XIII əsrdə yazdığı dua barədə kitab. == Məzmun == Gördüyünüz bu kitab böyük İslam alimi Şeyx Fəhd Hillinin XIII əsrdə qələmə aldığı və bu günümüzə qədər də öz aktuallığını qoruyub saxlayan "Uddətud-Dai" adlı kitabının tərcümə və şərhidir. Bu kitab oxuculara "Çağırış" adı altında təqdim olunur. Qeyd etmək lazımdır ki, "Uddətud-Dai" dua haqqında yazılmış bütün kitablar üçün əsas qaynaq rolunu oynamışdır. Həm irfani, həm də psixoloji səpkidə qələmə alınmış kitabın əsas qayəsi insana Allahla münacat etməyinin yollarını göstərməklə kifayətlənməyib, onun mənəviyyatının paklaşdırılması, daha dəqiq desək, insan nəfsinin rəzil və xoşagəlməz sifətlərdən təmizlənməsindən ibarətdir. == Nəşr == Kitab 2016-cı ildə Müşfiq Mehdibəyli tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə və şərh edilmiş, Bakıda Qədim Qala nəşriyyatında 440 səhifədə 60x90 ölçüsündə çap edilib.Kitab tərcümədən əlavə, Müşfiq Mehdibəylinin yüz səhifədən ibarət əlavə və şərhlərindən ibarətdir ki, bu da kitabda öz əksini tapan bəzi ayə və hədislərin geniş oxucu kütləsi tərəfindən daha rahat və asan başa düşülməsi zərurətindən meydana gəlmişdir. Bundan savayı, istifadə olunan Quran ayələri və onların təfsirləri Məcməul-Bəyan, Ətyəbul-Bəyan, Əl-Mizan, Təfsiri-Safi, Təfsiri-Nümunə, Nurul-Quran və s. kitablarına istinadən müqayisəli şəkildə işlənmişdir. Qeyd edək ki, sözügedən şərh və əlavələr kitabda QEYD və üç ulduz (***) işarəsi ilə göstərilmişdir. == İstinadlar == == Həmçinin bax == Bəla və səbir (Şəhid Sani) Daha yaxşı gələcək (Bəhrani) == Xarici keçidlər == "Çağırış" ( (az.)).
Əllamə Hilli
Əllamə Hilli (tam adı: Cəmaləddin Həsən bin Yusif bin Əli bin Mütəhhər Hilli; 23 dekabr 1250, Hillə – 27 dekabr 1325, Hillə, Babil və ya İraq) — ilahiyyatçı alim və filosof, Nəsirəddin Tusi məktəbinin məşhur nümayəndələrindən biridir. == Həyatı == Əllamə Hilli Bağdad yaxınlığında yerləşən Hillə şəhərindəndir. Müasir dövrdə Hillə İraqda mühüm yerlərdən biri sayılır. Cəmaləddin Hilli doğma şəhərinə çox bağlı olmuş və orada fəaliyyət göstərmişdir. O, Hillə şəhərində doğulmuş və ömrünü də burada başa vurmuşdur. "Cəmaləddin" ("Dinin gözəlliyi") ləqəbi ilə tanınan filosofun adı bəzi mənbələrdə Hüseyn göstərilsə də, əksəriyyətində Həsən kimi təqdim olunmuşdur. Onun atasının adı Yusif, babasının adı Əlidir. Hillə şəhərindən olduğu üçün Hilli nisbəsini daşımışdır. Mənbələrdə o, "ən böyük alim" ("əllamə") adı ilə yad edilmişdir. Mütəfəkkir "Ayətullah" titulunu daşımışdır.Cəmaləddin Həsən Hilli 17 dekabr 1250-ci ildə doğulub və 19 dekabr 1325-ci ildə vəfat etmişdir.
Cəmaləddin Həsən Hilli