Hiolitlər
Hiolitlər (Hyolitha) - ikitərəfli — simmetrik, iki hissədən ibarət karbonat qabıqları olan fossil orqanizmlər. Qabıq konusvari əsas hissədən (qarın tərəfi yastılaşmış və bel qabarmış) və konusun ağız hissəni örtən qapaqdan ibarətdir. Hiolitlər halqəvi qurdlara, molluskalara (qanadayaqlı qastropaodlar, başıayaqlılar) aid edilir. Bəzən sərbəst heyvan tipi kimi ayrılır. Kembriy — perm.
== Həmçinin bax ==
Molluskalar
Başıayaqlılar
== Mənbə ==
Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.