hiqrometr

hiqrometr
hiqroqraf
hiqrometriya
OBASTAN VİKİ
Hiqrometr
Hiqrometr — rütubət ölçən cihazdır. Yunan sözü hiqros — "nəm" deməkdir. İki növ hiqrometr vardır: kondensasyalı metal hiqrometr və tük hiqrometri. Kondensasyalı metal hiqrometr bilavasitə şeh nöqtəsini təyin etməyə imkan verir. O, bir üzü yaxşı cilalanmış metal qutudan ibarətdir. Qutuya temperaturu ölçmək üçün termometr və efir vurmaq üçün rezin kürəcik birləşdirilir. Şeh nöqtəsi — havadakı su buxarının doymuş buxar halına keçdiyi temperatura deyilir. Efir buxarlandırmaqla qutunun hamar üzündə şeh yaranmasına nail olunur. Bu hala uyğun tempraturu bilməklə cədvələ əsasən havadaki mütləq rütubət təyin edilir. Mütləq rütubət — ədədi qiymətcə havanın bir m3 həzmindəki su buxarınən kütləsinə bərabər olan kəmiyyətə deyilir, ρ=m/V .

Значение слова в других словарях