HOT-HOUSE

n 1. oranjereya, bitki yetişdirmək üçün şüşəbənd, istixana; 2. tex. meyvə və s. qurutmaq üçün yer / bina

HOT-HEADED
HOT-LINE
OBASTAN VİKİ
Freedom House
Freedom House (ing. dilindən tərcümədə "Azadlıq Evi" deməkdir) Vaşinqtonda yerləşən, demokratiya, siyasi azadlıqlar və insan hüquqları ilə bağlı tədqiqatlar və onların müdafiəsi üzrə məşğul olan beynəlxalq qeyri-hökumət təşkilatıdır. O, hər ölkədə demokratik azadlıqların qorunması dərəcəsini qiymətləndirən illik hesabatlar hazırlayır ki, onlardan siyasi elmlərdə tədqiqatlar zamanı istifadə olunur. Təşkilat 1941-ci ilin oktyabrında yaradılıb, onun fəxri sədrləri Vendell Villki və Eleanor Ruzvelt olub. Freedom House özünü "dünyada demokratiya və azadlıqların carçısı" kimi təsvir edir. == Hazırladığı reytinqlər == Mərkəzi və yerli hakimiyyət haqqında. 2005-ci ildən başlayaraq Freedom House təşkilatı oxucuları mərkəzi və yerli hakimiyyət haqqında təfərrüatlı analizlə təmin etmək məqsədiylə onlara dair ayrıca analiz və reytiqnləri tətbiq etməyə başlamışdır. Reytinqlər Freedom House təşkilatının, onun akademik məsləhətçilərinin və bu hesabatın müəllifnin apardığı araşdırmalar və sorğuların nəticələrini əks etdirirlər. == Hesabatları == === Azərbaycanın hesabatlarda yeri === Mətbuat azadlığı (2011) - 196 ölkə içərisində 171-ci yer; İnternet azadlığı (2011) - 37 ölkə arasında İnternetə çıxışda maneələr olan və istifadəçilərin hüquqları pozulan «qismən azad ölkə» statusu.
Herman Hot
Herman Hot (alm. Hermann Hoth‎; 12 aprel 1885, Noyruppin[d], Brandenburq – 25 yanvar 1971, Qoslar[d], Aşağı Saksoniya) — 1938-1941-ci illərdə alman hərb xadimi, general-polkovnik. Fransa və Şərq Cəbhəsindəki qələbələri ilə tanınaraq İkinci Dünya Müharibəsi kampaniyalarında iştirak etmişdir. Vermaxtın "Mərkəz" ordu qruplarının tərkibindəki 3-cü Tank qrupunun (1941-ci il iyunundan 1942-ci ilə qədər) və 4-cü Tank ordusunun (1942-ci ilin iyunundan 1943-cü ilin dekabrınadək) komandanl olmuşdur. Almaniya məğlub olduqdan sonra Nürnberq məhkəməsi tərəfindən mühakimə olunmuş və 15 il azadlıqdan məhrum edilmişdir.
Hot-doq
Hot-doq (ing. Hot dog) — Almaniya-da yaranan və çörək içərisində sosislərdan ibarət sendviç bənzəri qida növü. == Tarixçə == Hot-doq Amerika mətbəxinin klassik yemək növlərindən biridir. Bu yemək 1860-cı ildən başlayaraq, demək olar ki, ABŞ-nin simvoluna çevrilmişdir. Belə ki, həmin ildən alman immiqrantları bu yeməyi özlərilə ABŞ-ya gətirmişlər və elə həmin ildən də (yəni, 1860-cı ildən) hot-doq ABŞ-nın yerli əhalisi tərəfindən çox bəyənilmişdir. Sonralar, yəni 1893-cü ildə Çikaqoda keçirilən Beynəlxalq Sərginin iştirakçılarının hər birinə həmin yeməkdən verilmişdir. Bu yemək sərgidə iştirak edənlər tərəfindən kifayət qədər bəyənilmişdir. 1900-cü ildə Almaniyadan ABŞ-yə gəlmiş qəssab Çarlz Feltman burada hot-doqun kütləvi istehsalına başlamışdır. 1910-cu ildə Ç. Feltman dünyasını dəyişidi. Ondan sonra qalan restoran və otellerin ümumi dəyəri milyonlarla ölçülürdü.
Hot dog
Hot-doq (ing. Hot dog) — Almaniya-da yaranan və çörək içərisində sosislərdan ibarət sendviç bənzəri qida növü. == Tarixçə == Hot-doq Amerika mətbəxinin klassik yemək növlərindən biridir. Bu yemək 1860-cı ildən başlayaraq, demək olar ki, ABŞ-nin simvoluna çevrilmişdir. Belə ki, həmin ildən alman immiqrantları bu yeməyi özlərilə ABŞ-ya gətirmişlər və elə həmin ildən də (yəni, 1860-cı ildən) hot-doq ABŞ-nın yerli əhalisi tərəfindən çox bəyənilmişdir. Sonralar, yəni 1893-cü ildə Çikaqoda keçirilən Beynəlxalq Sərginin iştirakçılarının hər birinə həmin yeməkdən verilmişdir. Bu yemək sərgidə iştirak edənlər tərəfindən kifayət qədər bəyənilmişdir. 1900-cü ildə Almaniyadan ABŞ-yə gəlmiş qəssab Çarlz Feltman burada hot-doqun kütləvi istehsalına başlamışdır. 1910-cu ildə Ç. Feltman dünyasını dəyişidi. Ondan sonra qalan restoran və otellerin ümumi dəyəri milyonlarla ölçülürdü.
Wimzie's House
Wimzie's House (ing. Wimzie's House) — Amerikada yayınlanmış uşaqlar üçün sənədli filmdir. Proqram 4 mart 1995-ci il ilə 31 avqust 1996-cı il arasında yayımlanmışdır. == İstinadlar == == Xarici keçidlər == Uimzinin evi — Internet Movie Database saytında.
"Chatham House" qaydası
"Chatham House" qaydası — görüşə gələn hər kəsin müzakirədə verilən məlumatlardan istifadə etməkdə sərbəst olması, lakin həmin xüsusi şərhi kimi verdiyini açıqlamağa icazə verilmədiyi qayda. Bu, müzakirələrin daha da açıq olması üçün nəzərdə tutulmuşdur. Qayda mübahisəli mövzular üzrə debatlar və diskussiya panelləri keçirmək üçün yaradılmış bir sistemdir. Bu qayda 1927-ci ilin iyununda təsis edilmiş Kral Beynəlxalq Münasibətlər İnstitutunun Londonda yerləşən qərargahının adını daşıyır. == Qayda == Qayda 1927-ci ildə yaradılmış və 1992-ci ildə təkmilləşdirilmişdir. Tərkibinə sonuncu dəfə 2002-ci ildə dəyişiklik edilmiş qaydada qeyd olunur: Bəzi hallarda "Chatham House" qaydalarına istinad edilir. Bununla belə, "Chatham House" bildirmişdir ki, bu, bir qaydadan ibarət olduğuna görə tək halında istifadə edilməlidir. == Məqsədi == Qayda dövlət siyasətinin və cari məsələlərin müzakirəsinin daha açıq formada aparılmasını təşviq etmək üçün nəzərdə tutulmuşdur. Bu, insanlara öz karyeraları üçün risk yaratmadan, işəgötürənlərinin rəyindən və baxışından aydın şəkildə ayrı olan mübahisəli fikirləri və arqumentləri ifadə və müzakirə etmək üçün imkan yaradır. 1927-ci ildə yaradılmış orijinal qaydaya 1992-ci ilin oktyabrında və yenidən 2002-ci ildə dəyişikliklər edilmişdir.
House of Balloons
House of Balloons — kanadalı müğənni The Weeknd-in ilk miksteypi. 21 mart 2011-ci ildə öz sahib olduğu musiqi şirkəti XO tərəfindən buraxılıb.
Billboard Hot 100
Billboard Hot 100 — ABŞ-də ən məşhur və nüfuzlu musiqi hit-paraddır. Həftəlik hazırlanan hit parad "Billboard" jurnalı tərəfindən tərtib edilir. Qrafik reytinqləri ABŞ-dakı satışlara (fiziki və rəqəmsal), onlayn və radio dinlənmə sayına əsaslanır. Cədvəl çərşənbə axşamı Billboard veb-saytı tərəfindən onlayn olaraq ictimaiyyətə təqdim edilir, amma tarix olaraq jurnalın yayımlandığı növbəti şənbə günü qeyd edilir. Satışlar üçün həftəlik izləmə aralığı 2015-ci ilin iyulunda dəyişdirildikdən sonra hal-hazırda cümə-cümə axşamıdır. Billboard Hot 100-ün ilk bir nömrəli mahnısı 4 avqust 1958-ci ildə Ricky Nelsonun "Poor Little Fool" mahnısı olmuşdur. 16 mart 2024-cü ildə bitən həftənin buraxılışına görə qrafikdə hal-hazırda bir nömrəli mahnı Kanye Westin Ty Dolla Sign və Rich the Kid ilə əməkdaşlıq etdiyi "Carnival"dır.
Frank Şvalba-Hot
Frank Schwalba-Hoth (12 dekabr 1952, Hamburq, Almaniya) keçmiş siyasətçi, Avropa Parlamentinin yaşıllar partiyasından olan keçmiş üzvü və Almaniya yaşıllar partiyasının qurucu üzvü olmuşdur. Orta Məktəb və Hərbi xidmətini bitirdikdən sonra, Frank Schwalba Hoth, 1974-1981- ci illərdə Marburg Universitetində təhsil almışdır. Frank Schwalba-Hoth-un bir qız övladı var. == Siyasət == Frank Schwalba-Hoth hələ tələbə olarkən siyasətlə daha yaxından marağlanmağa başlamışdır. Marburg Universiteti Tələbə Parlamentinin üzvü, 1979-1980-ci illərdə isə həmin parlamentin Prezidenti olmuşdur. Almaniya Federal Respublikasında insan haqqları barəsində 3-cü Beynəlxalq Russel Tribunalı kimi təşəbbüslərin üzərində çalışmışdır. Almaniya Yaşıllar Partiyasının qurucu üzvlərindən biri olmuşdur. 1982-1983-cü illərdə Almaniyanin Hesse regionunun yerli parlamentinin üzvü olmuşdur. Frank Schwalba-Hoth tərəfindən irəli sürülən "Müəllim Təlimi" haqqda qanun layihəsi, Almaniya Parlamentində yaşıllar tərəfindən irəli sürülən ilk qanun layihəsi olmuşdur. Almaniyanın Hesse regionunda ABŞ əsgərleri üçün təşkil olunan tədbir zamanı, Frank Schwalba-Hoth ABŞ nüvə raketlərinin Almaniya ərazisində yerləşdirilməsinə etiraz olaraq, öz qanını Amerika Ordu Generalı Paul S. Williams-ın medalları üzərinə axıtmışdır.
Hot Digital Songs
Hot Digital Songs — ABŞ-də Billboard jurnalı tərəfindən tərtib edilən və dijital satış statistikasına əsaslanan hit parad.
Hot Sprinqs (Vayominq)
Hot Sprinqs Rayonu (ing. Hot Springs County) -Vayominq, ABŞ-də yerləşən rayon. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu rayonun əhalisi 4 882 nəfər olmuşdur. Rayonun paytaxtı Termopolis şəhəridir.
One Hot Minute
One Hot Minute — Red Hot Chili Peppersnın altıncı studiya albomu. 12 sentyabr 1995 tarixində yayımlanan albom, Warner Music etiketi ilə satışa buraxılmışdır.
House Of Mystic Lights
House Of Mystic Lights (azərb. Mistik işıqlar evi‎) – C. C. Catch tərəfindən 1988-ci ildə ifa edilən mahnısıdır.
European Hot 100 Singles
European Hot 100 Singles — Billboard and Music & Media jurnalları tərəfindən 1984-cü ilin martında yaradılmış hit parad. Hit parad 15 Avropa ölkəsində rəsmi sinql satışlarının nəticələrinə əsaslanır.
Hot Girl (Sabrina Salerno)
Hot Girl — 1987-ci ildə Sabrina Salerno tərəfindən ifa edilən sinqldır.
Red Hot Chili Peppers
Red Hot Chili Peppers — alternativ rok, fank-rok, rap-rok stillərində oxuyan ABŞ rok qrupu. == Tarixi == Qrup 1983-cü ildə 4 yaxın dost tərəfindən təşkil olunub. Qrupun təşkilatçıları olan 4 yaxın dostun hər biri Fairfax High School ali məktəbində tanış olmuşdular. Hillel Slovak, Entoni Kidis, Fli və Cek Ayrons birlikdə yığışaraq Rhythm Lounge-da olacaq çıxışlarına hazırlaşırdılar. Onlar burda yalnız "Out in L.A." adlı mahnılarını ifa etdilər və bu mahnı onların sonraki canlı konsertlərində açılış mahnısı kimi istifadə olunurdu. Hillel Slovak 1988-ci ildə vəfat edir. Onun ölümündən sonra Cek Ayrons qrupu tərk edir. Sonradan o, Pearl Jam qrupuna üzv olur. Entoni və Fli qrupun fəaliyyətini davam etdirmək qərarına gəlir və qrup üçün yeni üzvlər axtarırlar. Qrupa 18 yaşlı və çox istedadlı gitarist Con Fruşante və təcrübəli zərbçi Çad Smit qoşulurlar.
Hot Rock & Alternative Songs
Hot Rock & Alternative Songs (əvvəlki adları: Rock Songs və Hot Rock Songs) — ABŞ-də ən populyar rok və alternativ mahnıları sıralayan musiqi hit-paradı. Hər həftə Billboard tərəfindən tərtib olunur və radio yayımı, rəqəmsal yükləmələr və striminq məlumatlarından əldə olunan mənbələr əsasında hazırlanır. Bu cədvəl ABŞ-də ən populyar və ən çox dinlənilən rok və alternativ mahnıların siyahısını təqdim edir.
Hot Girl (Sabrina Salerno mahnısı)
Hot Girl — 1987-ci ildə Sabrina Salerno tərəfindən ifa edilən sinqldır.
Red Hot Chili Peppers (albom)
Red Hot Chili Peppers — Red Hot Chili Peppersnın ilk studiya albomudur. Onların musiqisi alternativ rok, funk, punk rock və psychedelic rock elementlərini özündə cəmləşdirir. 10 avqust 1984 tarixində yayımlanan albom, EMI etiketi ilə satışa buraxılmışdır.
Hot R&B/Hip-Hop Songs
Hot R&B/Hip-Hop Songs — ABŞ-də Billboard tərəfindən həftəlik təqdim edilən hit parad.
Too hot to handle (yarışma, 2020)
Too hot to handle — Böyük Britaniya istehsalı teleşou. Şouda iştirakçılara mövsüm müddətində əməl etmələri lazım olan qaydaları "Lana" adlı virtual köməkçi deyir.