HƏDİSLƏR

Məhəmməd peyğəmbərin yazılı və ya şifahi rəvayət olunmuş sözləri və əməlləridir. Bu baxımdan “hədis” sözü “sünnə” (peyğəmbərin yolu) sözü ilə eyni mənada işlədilir. Quranda (18: 6, 20: 9) “hədis” sözü hekayə, xəbər anlamında da işlədilmişdir. İslamda hədislərin önəmi çox böyükdür, çünki Quran onların vasitəsi ilə təfsir edilir və fiqhdə istifadə olunur. Bundan başqa hədislər hər bir müsəlmanın həyat yolunu peyğəmbərin örnəyi ilə təyin edir. Beləliklə, müsəlmanların əksəriyyətinə görə hədislər də geniş mənada Quran kimi Allahın nazil olmuş vəhyinə yaxın olan mənbədir. Quran Allahın Məhəmməd peyğəmbərə birbaşa endirdiyi kitabdırsa, hədislər Allahın bəyəndiyi Məhəmməd peyğəmbərin dediyi sözlər və etdiyi əməllərdir. Hədislərdə Qurandakı bilgilər şərh edilir. Bundan başqa rəvayətlərin çoxu Quranda deyil, hədislərdə verilmişdir. Mənaları birbaşa Allahdan gəlmiş, ancaq Məhəmməd peyğəmbərin öz sözləri ilə söylənmiş qüdsi hədislər də vardır. Rəvayətlərə görə Məhəmməd peyğəmbərin həyatı haqqında məlumatlar onun dedikləri və etdiyi əməllər hələ onun sağlığında yazılmışdır. Ancaq, bu yazılar günümüzə qədər gəlib çatmamışdır. Hicrətin I əsrində Əməvi xəlifəsi Ömər ibn ƏbdülƏziz hədislərin yığılıb yazılmasını əmr etmişdir. Bundan sonra hədislərin rəvayət edilib yazılmaq işi daha da kütləvi xarakter almışdır. Bu həm də onunla izah olunur ki, inkişaf edən İslam ilahiyyatında çoxlu sayda yeni fiqhi məsələlər ortaya çıxmışdır ki, onların həlli üçün əsaslar tapılmalı idi. Bu problem hədislərin köməyi ilə həll edilirdi. Beləliklə, hicrətin II–IV əsrində müsəlman dünyasında ən tanınmış hədis məcmuələri ortaya çıxmışdır. Müxtəlif hədislərin ortaya çıxmasına görə müsəlman tədqiqatçıları onların mətni və ravilər silsiləsini öyrənmək məqsədi ilə öz metodlarını irəli sürmüşdürlər. Onlar İslam ilahiyyatında mühəddis adlanırlar. Mühəddislər hədislərin sistemləşdirilməsi işinə başlamışdırlar. Çünki, o zamanlar çoxlu şübhəli rəvayətlərin sayı artmışdır. Buna görə də, onlar hədislərin doğru olub-olmamasını təyin etməyə çalışmışdılar. Beləliklə, “İlmül- Hədis” adlanan hədislər haqqında elm yaranmışdır. Bu elmin irəli sürdüyü tələblərə görə bütün hədislərin mətnləri və raviləri bilinməli və onların hamısı etibarlı olmalıdır. Çoxlu sayda ravisi olan mütəvatir hədislər ən etibarlıdırlar, ancaq onların sayı çox deyildir. Hədislərin çoxu isə ədəddir, az sayda ravilər tərəfindən rəvayət olunub. Etibarlılıq dərəcəsinə görə bütün hədislər səhih, həsən və zəiflərə bölünürlər.
HƏDƏS
HƏDİYYƏ
OBASTAN VİKİ
Hədislər
Hədis dedikdə Məhəmməd peyğəmbər barəsində rəvayət edilən şey nəzərdə tutulur. Ümumiyyətlə, hədis Məhəmməd peyğəmbərin dediklərini, davranışlarını və ətrafında olanların hərəkətlərinə olan münasibətini ehtiva edən bir anlayışdır. Müsəlmanlara görə İslam iki əsas sütunun – Qurani-Kərim və sünnənin əsasında duran sonuncu dindir. İslamın əsaslandığı ikinci sütundan – sünnədən – hədislərin tarixi haqqında. Doğrudur, bir çox alimlərə görə, Sünnə hədisdən daha geniş mənaya malikdir. Ancaq bunların arasında fərqin olmadığını düşünənlər də az deyildir. Hədis dedikdə Məhəmməd peyğəmbər barəsində rəvayət edilən şey nəzərdə tutulur. Ümumiyyətlə, hədis Məhəmməd peyğəmbərin dediklərini, davranışlarını və ətrafında olanların hərəkətlərinə olan münasibətini ehtiva edən bir anlayışdır. Bunun üçün hədisləri çox vaxt [əl-əhədis əl-qavliyyə] – (Məhəmməd peyğəmbərin dediyi, sözlə ifadə etdiyi hədislər), [əl-əhədis əl-filiyyə] – (Məhəmməd peyğəmbərin davranışını, etdiyi işləri, əməlləri, hərəkətlərini ifadə edən hədislər) və [əl-əhədis ət-təqririyyə] – Məhəmməd peyğəmbərin ətrafında olan insanların davranışlarına, hərəkətlərinə, dediklərinə olan təqriredici münasibətini bildirən hədislər) deyə üç qismə ayırırlar. Bəzən Məhəmməd peyğəmbərin fitri xüsusiyyətlərini, əxlaqı xarakterini də hədis məfhumuna daxil edirlər.