Multi-kod idarəli xətti prediktor
Multi-kod idarəli xətti prediktor, (ing. Code Excited Linear Prediction), rus. Линейное предсказание с мультикодовым управлением) – nitq siqnallarının kodlaşdırılması alqoritmi 1985-ci ildə Manfred Şröder və Bişnu Atal tərəfindən təklif edilmişdir. Həmin dövrdə bu alqoritm RELP və LPC audiokodekləri (məsələn, FS-1015) kimi aşağı bit sürətli alqoritmlərlə müqayisədə daha yaxşı keyfiyyət təmin edirdi. ACELP, RCELP, LD-CELP və VSELP kimi variantları ilə birlikdə hazırda ən geniş istifadə edilən nitq kodlaşdırma alqoritmidir. Hazırda CELP konkret kodek üçün deyil, alqoritmlər sinfi üçün ümumi termin kimi istifadə edilir.
İmamverdiyev Y. N., Suxostat L. V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti ", 2015,"İnformasiya Texnologiyaları" nəşriyyatı, 111 səh.