ikonizm
ikonoborçuluq
OBASTAN VİKİ
Bizansda ikonoborçuluq
Bizansda ikonoborçuluq (yun. εἰκονομαχία; εἰκόνα — təsvir, rəsm (икона) + κλάω — sındırıram, dağıdıram) — VIII — IX-cu yüzilliyin əvvəllərində ikonalara (yun. “eikon”) sitayiş edilməsinə qarşı yönəlmiş dini-siyasi hərəkat. Xristianlıqda aparılan xristoloji mübahisələrin nəticəsində yaranan dini siyasi hərəkatdır. == Olaylar öncəsi == Xristianlığın Roma imperiyasında yayılmasından sonra müqəddəslərin şəkillərinin çəkilməsi, onlara edilən ehtiram və sayğı kütləvi hal almışdı. Bu sayğı bir çox hallarda onlara sitayişə çevirilirdi. Bu ehtiram və sitayişə qarşı etirazlar da mövcud idi. İkonalara qarşı çıxış edənlər onları bütpərəstliyin əlaməti hesab edirdilər. Onların arasında məşhur kilsə tarixçisi Qeysərili Eusebius da olmuşdur. Qərbdə isə 305-ci ildə yığılan bir Kilsə Məclisi ikonaların kilsələrdə yerləşdirilməsini yasaqlamışdı.