ikonoqrafiya

ikonoqrafiya
ikonoborçuluq
ikonoskop
OBASTAN VİKİ
İkonoqrafiya
İkonoqrafiya (q.yun. εἰκών — "təsvir, surət" və γράφω — "çəkirəm") — təsviri incəsənətdə hər hansı personajın, yaxud süjet səhnəsinin qəbul edilmiş ciddi nizamlı sistemi. İkonoqrafiya qədimdə sənətin dini sitayiş və mərasimlərlə bağlılığından yaranmışdır. Sənətin dünyəviləşməsi və inkişafı ilə mövçud ikonoqrafiya sxemlərinin coxu dəyişilmiş, həm də yeniləri yaranmışdır. İkonoqrafik sistemlərin başlanğıçını dini kultla əlaqəyə aid edirlər. İkonoqrafiya qaydalarına riayət etmək vacibliyi təşəkkül tapırdı. Ola bilər ki, bu təsvir edilmiş səhnənin və yaxud personajın tanınmasını rahatlaşdırmaq üçün edilib, lakin çox güman ki, bu təsviri dini iddialara uyğunlaşdırmaq zərurəti ilə edilirdi. İkonoqrafiya bölünür: İsanın anasının ikonoqrafiyası; İsa Məsihin ikonoqrafiyası; Xristian incəsənətində mövcud olan "bayramların" ikonoqrafiyası; Buddizm incəsənətində Buddanın və bodxisavtların ikonoqrafiyası və s. Əsrlər ərzində, incəsənətin yeni məzmunla zənginləşməsi ilə, ikonoqrafik sxemlər vaxtaşırı dəyişikliyə məruz qalmışdır. İncəsənətin dünyəviləşməsi, realizmin və rəssamların (avropada intibah dövrü) yaradıcı individuallıqlarının inkişafı köhnə ikonoqrafik sxemlərin izah azadlığını şərtiləşdirdi, həmçininin daha az reqlamentləşdirilmiş yeni ikonoqrafik sxemlərin yaranmasına gətirib çıxardı.