İMPRİNTER
is. \[ing. imprinter\] müh. tex. Müştərinin plastik kartında (müştəri haqqında məlumatlar), eləcə də imprinterin klişesində (ticarət nöqtəsi haqqında məlumatlar), xüsusi ticarət çekində (slipdə) embosso edilmiş (basılmış) məlumatların şəklini əldə etməyə imkan verən mexaniki qurğu Sifarişin çatdırılması anında müştəridən nəğd pul götürmək və ya imprinterdən kartını keçirdməyə ehtiyac qalmır.