İNFİLTRASİYA

(lat. in – daxilində və filtratio – süzülmə) səthi (irriqasiya, suvarma) suların torpağa, dağ süxurlarına süzülməsi və onların kapilyar, subkapilyar məsamələr və boşluqlarla qrunt suyunun səviyyəsinə doğru hərəkəti.
İLLİK AMPLİTUDA
İNKIŞAFDA OLAN DELTA
OBASTAN VİKİ
İnfiltrasiya
İnfiltrasiya — suyun yerə hopması. R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” (Dərs vəsaiti). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2004, s. 379 – 424.
Qaraciyərin piy infiltrasiyası
Yağların, yağa bənzər maddələrin mübadiləsində qaraciyərin çox böyük rolu vardır. Qaraciyərdə əmələ gəlmiş fosfolipidlər başqa toxumalara neytral yağlara nisbətən asan daşınır və triqliseridlərin sintezinə sərf edilir. Fosfolipidlərin sintezinin pozulması lipidlərin qaraciyərdən digər orqanlara daşınmasını çətinləşdirir. Bu isə qaraciyərin piy infiltrasiyası və ya distrofiyası adlanan patoloji halın əmələ gəlməsinə səbəb olur. Normal halda qaraciyərin ümumi çəkisinin 5 %-ni yağlar təşkil edir. Lakin piy infiltrasiyası zamanı onların miqdarı 40-60 %-ə çatır. Piy infiltrasiyası qaraciyərin bütün əsas funksiyasını zəiflədən patoloji prosesdir. Lesitinlərin miqdarının artması bu prosesin qarşısını alır.

Значение слова в других словарях