İnflyasiyanın Hədəflənməsi

qiymətlərin sabitliyinin əsas hədəf kimi götürüldüyü pul siyasəti rejimidir. Bu rejimin tətbiqi zamanı Mərkəzi Bank qiymətlərin sabitliyi üçün yüksək dərəcədə məsuliyyət daşıyır.
İnflyasiya Vergisi
İnformasiya
OBASTAN VİKİ
İnflyasiyanın hədəflənməsi
İnflyasiyanın hədəflənməsi (inflyasiyalı hədəfləmə, ing. inflation targeting) — son məqsədi qiymət sabitliyi olan pul siyasəti rejimi. Mərkəzi Bank faiz siyasəti vasitəsilə bunu təmin etmək üçün tədbirlər görür və həyata keçirdiyi siyasətin nəticələrinə görə ictimai məsuliyyət daşıyır. İnflyasiyanın hədəflənməsi ideyasının müəllifi kapital, qiymətlər və əmək haqqı nəzəriyyəsi ilə məşğul olan məşhur isveçli iqtisadçı Knut Vikseldir. 1896-cı ildə İsveç İqtisadi Assosiasiyasında keçirilən iclasda Viksel ilk dəfə belə bir fikri səsləndirdi ki, qiymət səviyyəsinin sabitləşdirilməsi mərkəzi bank siyasətinin əsas məqsədi olmalıdır. XIX əsrdə isə əksinə, heç kim şübhə etmirdi ki, mərkəzi bank məzənnəni istehlak qiymətlərinə deyil, qızılın qiymətinə nisbətən sabitləşdirməlidir. 1898-ci ildə Viksel yazırdı: “Əgər qiymətlər qalxarsa, faiz dərəcəsi artırılmalıdır; qiymətlər aşağı düşərsə, faiz dərəcəsi aşağı salınmalıdır; və faiz dərəcəsi bundan sonra qiymətlərin dəyişməsi bu və ya digər istiqamətdə əlavə dəyişiklikləri tələb edənə qədər yeni səviyyədə saxlanmalıdır”. Monetar orqanlar pul siyasətinin əsas (son) məqsədi kimi qəbul edilən kəmiyyət inflyasiya hədəfini müəyyən edir və ictimaiyyətə açıqlayır. Mərkəzi bank inflyasiyanın hədəflənməsini digər pul siyasəti rejimlərindən fərqləndirən faiz dərəcəsi siyasətinə (qısamüddətli faiz dərəcəsinin idarə edilməsi) əsaslanır. Pul siyasəti ilə bağlı qərarlar iqtisadi inkişaf və inflyasiya proqnozları da daxil olmaqla geniş məlumat kütləsinə əsaslanır.