ingilisdilli

ingilisdilli
ingiliscə
ingilisdillilik
OBASTAN VİKİ
İngilisdilli ölkələr
İngilis dilində danışanlar Anqlofonlar adlanır və əhalinin əksəriyyətinin ingiliscə danışdığı ölkələrə Anqlosfera deyilir. 2000-ci illərə olan məlumata görə, iki milyarddan çox insan İngilis dilində danışır, bununlada İngilis dili danışanların sayına görə ən böyük dil, ana dili kimi danışanların sayına görə isə üçüncü ən böyük dildir. ABŞ və Hindistan müvafiq olaraq 283 milyon və 125 milyon ilə ən çox İngilis dilində danışan ölkələrdir. Həmçinin Pakistanda 108 milyon, Nigeriyada 79 milyon, Filippində 64 milyon ingiliscə danışan insanlar var. İngilis dilini ikinci dil kimi danışanlarda daxil olmaqla, Anqlofonların sayı təxminən 470 milyondan 2 milyarda qədər dəyişir. Devid Kristal hesab edir ki, 2003-cü ildə ikinci dil kimi danışanların sayı 3:1 nisbətində ana dili danışanlardan çoxdur. 2012-ci ilə qədər Hindistan dünyanın ikinci ən böyük İngilis dilli əhalisinə sahib olduğunu iddia etdi: ən etibarlı hesablama onun əhalisinin təxminən 10%-dir (125 milyon nəfər), bu rəqəmin 2022-ci ilə qədər dörd dəfə artacağı gözlənilir. Birinci və ya ikinci dil kimi danışanları da nəzərə alsaq ümumilikdə İngilis dili dünyada ən çox danışılan dildir. Birləşmiş Krallığın ölkələri olan İngiltərə və Şotlandiya Ovaları, İngilis dilinin doğulduğu yerdir və dilin müasir forması 17-ci əsrdən başlayaraq, ilk olaraq Birləşmiş Krallığın dünya miqyasında təsiri ilə dünyada yayılmağa başlamışdır. Bu daha sonradan Amerika Birləşmiş Ştatlarınin təsiri ilə davam etmişdir.

Значение слова в других словарях