İNNİN
fiqhdə cinsi zəiflikdən əziyyət çəkən insandır. İslam hüququna görə evləndikdən sonra qadın ərində cinsi zəifliyin əlamətlərini görsə, ondan boşana bilər.
Boşanma işi məhkəməyə çatdıqda hakim onlara daha bir il vaxt verməlidir. Əgər bu vaxt ərzində ər cinsi yaxınlıq üçün özündə güc taparsa, onların evliliyi davam etdirilir. Belə olmasa onda onlar boşanmış hesab edilirlər.