İnterpretator

proqramlaşdırma dilinin interpretatoru-proqramların bilavasitə ilkin koddan yerinə yetirilməsi proqramıdır. Sadə interpretatorlar proqramı ardıcıl olaraq (komandalarla və ya sətirbəsətir) analiz edib yerinə yetirirlər. Bu interpretatorlar sintaktik səhvləri yalnız interpretator səhvi olan komandaları (sətirləri) yerinə yetirməyə başladıqda aşkar edirlər. Daha mürəkkəb interpretatorlar yerinə yetirmədən əvvəl proqramın ilkin kodunu maşın və ya hər hansı bir “aralıq koda” kompilyasiya edirlər və yalnız bundan sonra onu yerinə yetirməyə başlayırlar. Bu səbəbdən bütün sintaktik səhvlər yerinə yetirilmədən əvvəl aşkar olunur. Bu interpretatorlar böyük proqramları daha tez yerinə yetirirlər, çünki real zamanda ilkin kodun analizinə vaxt sərf etmirlər. Yeni başlayanlar üçün bəzi interpretatorlar dialoq rejimində işləyə bilirlər.
İnterpretasiya
İnterval
OBASTAN VİKİ
İnterpretator
İnterpretatorlar( ing. interpret, rus. интерпретировать, türk. yorumlamak) – deyimin və ya komandanın dekodlaşdırılması (translyasiya olunması) və yerinə yetirilməsi əməli. İnterpretasiya zamanı proqramın hər bir deyimi ayrıca translyasiya olunur və dərhal yerinə yetirilir, bundan sonra növbəti deyim translyasiya olunur və yerinə yetirilir və s. Bunun alternativ üsulu olan kompilyasiya, proqramın bütün deyimlərinin birdən icra koduna (obyekt koduna) çevrilməsini nəzərdə tutur; sonradan onun yerinə yetirilməsi isə ayrıca prosesdir. Bu çevrilmə müxtəlif yollarla aparıla bilər: Birinci yol ilkin proqramın hər bir sətrini maşın koduna çevirən (translyasiya edən, ing. translate) proqramı başlatmaqdır. Bu proqram bir sətri çevirir və onu yerinə yetirilmək üçün mərkəzi prosessora verir, yalnız bundan sonra növbəti sətrin çevrilməsinə keçir. Belə proqrama interpretator deyilir.

Значение слова в других словарях