İNTUBASİYA

сущ. мед. интубация (введение через рот в гортань особой трубки при сужениях гортани
İNTROMOLEKULYAR
İNTUİSİYA
OBASTAN VİKİ
Traxeyanın intubasiyası
Traxeyanın intubasiyası, endotraxeal intubasiya, (nəfəs borusuna boru ya lülənin daxil edilməsi) tənəffüsü və tənəffüs yolunun keçiriciliyini təmin etmək məqsədilə icra edilən anestezioloji və reanimatoloji əməliyyat. Traxeyanın intubasiyası potensial invaziv müdaxilə olduğu üçün onu icra etmək üçün böyük təcrübə tələb olunur. Bu zaman hər hansı bir xəta məsələn, təsadüfən qida borusunun intubasiyası xəstənin vəziyyətinin kəskin pisləşməsinə və hətta ölümünə səbəb ola bilər. Tənəffüs yolunun keçiriciliyini təmin etmək baxımından endotraxeal intubasiya ən sığortalı metoddur. Tənəffüsü təmin etmək məqsədilə nəfəs borusunun yarılması haqqında ilkin məlumat Qədim Misirə, e. ə. 1550 ilə aid Ebersa papirusunun 110-cu səhifəsində yazılmışdır. Hələ məşhur loğman İbn Sina 1025-ci ildə tənəffüsü təmin etmək məqsədilə nəfəs yoluna boru daxil edilməsi haqqında 14 cildlik tibb ensiklopediyas – Əl-Qanun fi't-Tıbb – "Tibb elminin qanunları ya Təbabət qanunları" külliyyatında bəhs etmişdir. Perqamonlu Qalen ölü heyvanın ağciyərini şişirtmək üçün "dəmirçi yelpiyindən" istifadə etmişdir. İlk olaraq endotraxeal intbasiya eksperimentdə 1847 ildə N. İ. Piraqov tərəfindən itlər üzərində icra edilmişdir.