IP address

IP-ünvan (“ay-pi” kimi oxunur) – IP protokolu əsasında qurulmuş şəbəkədə qovşağın (kompüterin) unikal şəbəkə ünvanı. IPv4 versiyasında IP-ünvanın uzunluğu 4 bayt, IPv6 versiyasında isə 16 baytdır. IPv4-də IP-ünvan 32-bitlik ədəddir, onu nöqtələrlə ayrılmış 0-dan 255-ə dörd onluq ədəd şəklində göstərirlər, məsələn, 192.168.0.3. IP-ünvan iki hissədən ibarətdir: şəbəkənin nömrəsi və qovşağın nömrəsi. Windows əməliyyat sistemində IP-ünvanı komanda sətrində ipconfig yazmaqla bilmək olar.
IP
IPR
OBASTAN VİKİ
İP-telefon
IP-telefoniya (tələffüz: ay-pi telefoniya) — səsli zənglər, internet kimi internet protokolu (IP) şəbəkələri üzərindən səsli rabitə seanslarının çatdırılması üçün üsul və texnologiyalar qrupu. IP-telefonlar Ethernet şəbəkəsinə bağlanır və sonra IP-ünvan alırlar. IP-telefoniyada telefon danışıqları verilənlərin ötürülməsi şəbəkələri üzərindən aparıldığından şəhərlərarası və beynəlxalq danışıqlar xeyli ucuz başa gəlir. IP-telefoniyanı tətbiq etmək üçün ilk cəhd 1983-cü ildə ABŞ-nin Massaçusets ştatının Kembric Universiteti tərəfindən göstərilmişdir. Həmin layihədə kompüterlərin tərkibinə analoq səs siqnalına çevirərək paket şəklinə salan xüsusi avadanlıqların daxil edilməsi nəzərdə tutulmuşdur. Bu layihə çərçivəsində Bolt Berankand Newman şirkətinin ABŞ-nin qərb və şərq hissələrində yerləşən ofisləri arasında İnternet şəbəkəsindən istifadə etməklə səs siqnal veriliməsinin təşkil olunmasına baxmayaraq, rabitə zamanı paketlərin itkisi və gecikməsi nəticəsində fasilələr yaranaraq səsin keyfiyyətini həddindən artıq aşağı salmışdır. Mütərəqqi texnologiya olan İP telefonun kəşfi İsrailin Vokatel şirkətinə məxsusdur. 1995-ci ildə Vokatel şirkəti siqnalların rəqəm formasına çevrilməsində mövcud elmi nailiyyətlərin tətbiqi ilə kodek, kompüter və İP protokolundan istifadə edərək İnternet şəbəkəsi ilə danışıq siqnallarının verilməsinə nail olmuşdur. 1995-ci ildən başlayaraq İP telefon üçün səsin sıxılması prosesində iki – GSM və TrueSpeech (DSP Group İnc. Şirkəti), daha sonra isə SİP (Session İnitiation Protocol) protokolu təkmilləşdirilmişdir.
İp Man
İp Man (çin. 葉問, ing. Yip Man; 1 oktyabr 1893 – 2 dekabr 1972, Britaniya Honkonqu[d]) Çin döyüş sənəti ustası, uşu döyüş sənətini (Vin Çun stili) tədris etməyə başlamış ilk şəxs. Aktyor, döyüş ustası Brüs Linin müəllimi.
İp səhrası
Yp səhrası - Nevada ştatının şimal-qərbində yerləşən səhra. Səhra kiçik ölçülərə malikdir. Nevada Atlas and Gazetteer, 2001, pg.
Emi İp
Emi İp (çincə: Amy Yip, 10 iyul 1966) — Çin aktrisası. 1980–1990-cı illərdə Honq Konq filmlərinin seks simvolu sayılırdı. Bir sıra erotik filmlərdə çəkilmiş və sinəsi ilə tamaşaçıların diqqətini cəlb etmişdir. İlk illərdə seriallarda, daha sonra filmlərdə çəkilmişdir. 2006-cı ildə Emi İp "East Weekly" verilişinə müsahibəsində söyləmişdir ki, 15 ildir Lim Kiam Hvi (Lim Kiam Hwee) ilə görüşməsinə baxmayaraq heç vaxt evlənməyi düşünməmiş və övladının olmasını istəməmişdir. Emi İp müsahibəsində sinəsi sayəsində tamaşaçıların diqqətini cəlb etmək niyyətdə olmadığını söyləmişdir."Həbsxana erotikası", Seks və Zen və sıra Erotik filmlərə çəkilmişdir.
İp Man 2
"İp Man 2" (çin. 葉問2, ing. Ip Man 2 ) — Donni Yenin iştirakı ilə çəkilən və uşu döyüş sənətini (Vin-Çun stili) tədris etməyə başlamış ilk şəxs olan İp Manın həyatından bəhs edən yarıbioqrafik döyüş filmi. Yaralı İp Man dostunun köməyilə Foşandan müvəffəqiyyətlə qaçır. İp Man burada çətin günlərini yaşayır. O ailəsini dolandıra bilmir. Hətta evinin kirayə pulunu verə bilmir. Buna görə də o Vin-Çun döyüş stilini tədris etməklə pul qazanıb ailəsini dolandırmaq istəyir. İp Manın dostu ona geniş bir zal tapır. Bundan sonra İp Man şagird yığmaq üçün elanlar yazıb divara yapışdırır.
İp Man 3
"İp Man 3 " (çin. 葉問3, ing. Ip Man 3 ) — Donni Yenin iştirakı ilə çəkilən və uşu döyüş sənətini (Vin-Çun stili) tədris etməyə başlamış ilk şəxs olan İp Manın həyatından bəhs edən yarıbioqrafik döyüş filmi.
İp Man (film, 2008)
"İp Man" (çin. 葉問, ing. Ip Man) – Donni Yenin iştirakı ilə çəkilən və uşu döyüş sənətini (Vin Çun stili) tədris etməyə başlamış ilk şəxs olan İp Manın həyatından bəhs edən yarıbioqrafik döyüş filmi.
İp Man 2 (film, 2010)
"İp Man 2" (çin. 葉問2, ing. Ip Man 2 ) — Donni Yenin iştirakı ilə çəkilən və uşu döyüş sənətini (Vin-Çun stili) tədris etməyə başlamış ilk şəxs olan İp Manın həyatından bəhs edən yarıbioqrafik döyüş filmi. Yaralı İp Man dostunun köməyilə Foşandan müvəffəqiyyətlə qaçır. İp Man burada çətin günlərini yaşayır. O ailəsini dolandıra bilmir. Hətta evinin kirayə pulunu verə bilmir. Buna görə də o Vin-Çun döyüş stilini tədris etməklə pul qazanıb ailəsini dolandırmaq istəyir. İp Manın dostu ona geniş bir zal tapır. Bundan sonra İp Man şagird yığmaq üçün elanlar yazıb divara yapışdırır.
İp Man 3 (film, 2015)