ipəksarıyan

ipəksarıyan
ipəksarıma
ipəksarıyanlar
OBASTAN VİKİ
Tək ipəksarıyan
Tək ipəksarıyan (lat. Lymantria dispar) — buğumayaqlılar tipinin kəpənəklər və ya pulcuqluqanadlılar dəstəsinin baramasarıyanlar fəsiləsinə aid olan növ. Dişi fərdlərin qanadları açılmış halda 75 mm ölçüdə olub, axırıncı seqmenti sıx qəhvəyi tükcüklərlə əhatə edilmiş böyük qarıncıqdan ibarətdir. Erkək fərd isə qanadları açılmış halda 45 mm olmaqla, nazik qarıncıqdan və lələkvari bığcıqdan ibarətdir. Dişilərdə qanadlar boz-ağımtıl olmaqla, üzərindən əyri xətlər keçir, erkək fərdlərdə isə qanadlar açıq-boz rəngdə olmaqla, üzərində düz xətlər və kənarlarında tünd ləkələr vardır. Abşeronda tək ipəksarıyan kəpənəyinin uçuşu iyun ayının axırı və iyul ayının əvvəllərinə təsadüf edir. Kütləvi uçuş isə iyul ayının ikinci yarısı başlayır və avqust ayının ortalarına kimi davam edir. Dişi fərdlər topa halında yumurta qoyur və həmin topanın üzərini qarıncığı vasitəsilə ifraz etdiyi maye ilə sıvayır. Topa halında olan yumurtaların sayı bəzən 850-1000-dən atrıq olur. Tək ipəksarıyanın ayrı-ayrı illərdə belə yüksək yumurtaqoyma məhsuldarlığına malik olması, Abşeronun ərazisinin coğrafi xüsusiyyətlərindən asılıdır.

Значение слова в других словарях