iranlılar

iranlılar
iranlı
iranmənşəli
OBASTAN VİKİ
İranlılar
İranlılar, İran vətəndaşı ya da İran millətindən olan. İranlı, ölkədəki bütün etnik ünsürləri bir arada toplayan bir termindir. Farsca danışanlara Farsi ya da Pers deyildiyi halda tarixi mənada Ərəb-Fars millətlərini ayırmaq üçün Əcəm adından istifadə edilmişdir. İranlı olaraq tanınan xalqlar adətən İran dillərində danışırlar. Cənub-şərqdə Bəlucistan olaraq tanınan Əfqanıstan sərhəddindən başlayan, xalqlara məxsus coğrafi yaşayış sahəsi, Şimal-qərbdə Qafqaza qədər uzanan ərazidə yayılmışdır. Farslar, Kürdlər, Zazalar, Taciklər, Mazandaranlılar, Giləklər, Lurlar, Bəluclar, Tatlar, Talışlar ve Osetinlər İran xalqlarındandır. Bundan başqa İranda çoxlu türk xalqları yaşayır: Azərbaycanlılar, Türkmənlər, Qaşqaylar, Xələclər kimi sayları müxtəlif olan türk xalqları, çox qədim dövrlərdən bu ərazidə yaşamaqdadırlar.