İRİGÖZ

глазастый
İRİDİUM
İRİLƏNMƏK, İRİLƏŞMƏK
OBASTAN VİKİ
İrigöz kilkə
İrigöz kilkə (lat. Clupeonella grimmi) — Xəzər dənizində yaşayan endemik növdür. İrigöz kilkə Cənubi və Orta Xəzərin 40-50- m-dən yuxarı (200–500 m və daha çox) dərinliklərində yayılmışdır.Belə sahələr Xəzər dənizinin ümumi sahəsinin 50% - dən çoxunu (200 min km2 ) təşkil edir. İrigöz kilkə üst qatlardan çəkinərək Xəzərin daha dərin qatlarında yaşamağa uyğunlaşdığından dənizdə neft çıxarılan ərazilərdə (müqavilə sahələrində) daha çox təsadüf edilir. Mövsümlə əlaqədar olaraq irigöz kilkə areal daxilində müntəzəm olaraq öz yerini dəyişir. Belə ki, qış - yaz mövsümündə irigöz kilkə Cənubi Xəzərin şimali-qərbində və şərq hissəsində, payız mövsümündə isə Cənubi və Orta Xəzərin şimali - qərbində külli miqdarda toplanır. Adi və ançousabənzər kilkə növlərinə nisbətən irigöz kilkənin başı böyük, gözləri iri, üzgəcləri isə uzun olur. İrigöz kilkə digər kilkələrlə yanaşı Xəzər ixtiofaunasmm vətəgə əhəmiyyətli ən kiçik balıqlarından olub, uzunluğu 45–120 mm-ə, nadir hallarda isə 150 mm-ə çatır. D 12-18, orta hesabla 14,8, A 18-21, qəlsəmə dişiciklərini sayı 43-51, orta hesabla 47,4, omurğa pulcuqlarının ümumi sayı 21-30, orta hesabla 26,0-dır. Başı hündür və böyükdür, başının uzunluğu bədən uzunluğunun 23,5%-dən çoxdur.
İrigöz siyənək
İrigöz siyənək (lat. Alosa brashnikovi autumnalis) — siyənəkkimilər fəsiləsinin az saylı növüdür. Xəzər dənizində yayılmışdır. Azərbaycanda əsasən Cənubi Xəzərin qərb sahil sularında yayılmışdır. Yay fəsilində Yalama Dəvəçi və Giləzi kəsimlərində yayıldığı müşahidə edilmişdir. D III-IV (V) 13 - 15, ümumi sayı 16 - 19 (18.0), A (II) III (IV) 16 - 20 (18.5), ümumi sayı 19 - 23 (21.5), qəlsəmə dişciklərinin sayı 25 - 36 (30.0), gövdə fəqərələrin sayı 49 - 52 (50.5), quyruq fəqərələrin sayı 33 - 35 (33.9)-dir. Dişciklər kobud, yastı, əyriüyrü və qəlsəmə yarpaqcıqlarından bir qədər uzundur. Başı və bel tərəfi yaşıl rəngə çalır. Uzunluğu 41 sm-ə qədər olur. Dəniz siyənəyi olub, çoxalmaq üçün şirin sulara girmir.
İrigöz tunes
İrigöz tunes (lat. Thunnus obesus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin skumbriyakimilər dəstəsinin skumbriyalar fəsiləsinin tunes cinsinə aid heyvan növü. Əhəmiyyətli bir ticari balıq olan İrigözlü tunes , isti və ilıq dənizlərin açıqlarında tapılar, amma Aralıq dənizidə tapılmaz. Boyu 60-250 sm olar. Başı və gözləri digər tunes böyükdür. Bədənlərinin üst qisimi tünd əmtəəlik mavi, qarınına doğru boz ya da ağlaşar. Kürək və anal üzgəcləri sarı rəngdir. İrigözlü tunes bir çox fərqli balıq növləri yumşaqcalar və qabıqlılar ilə bəslənər.
İrigöz şişqarın
İrigöz şişqarın (lat. Alosa saposchnikowii) — siyənək cinsinin nümayəndəsidir. Orta və Şimali Xəzərin qərb sahillərinə yaxın yayılmışlar. Cənubi Xəzərdə az miqdarda təsadüf olunur. Bədəni uzunsov-hündürdür. Bel üzgəcində 12–15, anal üzgəcində 15–21 şüa var, qəlsəmə dişcikləri seyrəkdir, uzun və kobuddur, sayı 27-dən 40-a qədərdir. Gözləri iri, dişləri möhkəmdir. Hər iki çənədə və xış sümüyündə yaxşı inkişaf etmiş dişlər vardır. Ən irisinin uzunluğu 35 sm-ə çatır, əksəriyyəti 14–21 sm uzunluqda olur, 8 ilə qədər yaşayır. Daim dənizdə yaşayan irigöz şişqarına Xəzərin hər yerində təsadüf olunur.
İrigözlü tunes
İrigöz tunes (lat. Thunnus obesus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin skumbriyakimilər dəstəsinin skumbriyalar fəsiləsinin tunes cinsinə aid heyvan növü. Əhəmiyyətli bir ticari balıq olan İrigözlü tunes , isti və ilıq dənizlərin açıqlarında tapılar, amma Aralıq dənizidə tapılmaz. Boyu 60-250 sm olar. Başı və gözləri digər tunes böyükdür. Bədənlərinin üst qisimi tünd əmtəəlik mavi, qarınına doğru boz ya da ağlaşar. Kürək və anal üzgəcləri sarı rəngdir. İrigözlü tunes bir çox fərqli balıq növləri yumşaqcalar və qabıqlılar ilə bəslənər.

Значение слова в других словарях