İRTİDAD

İslamdan çıxaraq dinsizliyi və ya başqa dinləri qəbul etməkdir. Belə adamlara mürtəd deyilir. İslam ilahiyyatına görə dindən çıxmışlar tövbə edib İslama qayıtmasalar, öldükdən sonra cəhənnəmin ən dərin qatlarında əbədi olaraq odda yanacaqlar. Şəriət qanunlarına görə İslamdan çıxmaq küfrün ən ağır dərəcələrindəndir. Fiqhi məzhəblərə görə insan İslamdan çıxan andan həyatı boyu etdiyi bütün yaxşı əməlləri dəyərsizləşir və onların savabı axirətdə nəzərə alınmır (Quran, 2: 217). Dindən çıxma bilərəkdən dinsizliyə gətirən hər hansı bir əməlin görülməsi və ya sözün deyilməsi ilə baş verir. Allaha, dinə və peyğəmbərlərə atılan böhtanlar, eləcə də dində vacib olan əməllərin və İslam əqidəsinin əsaslarının inkar edilməsi də irtidad sayılır. Fəqihlərə görə İslamdan çıxdığını bəyan edən insan düşüncəli, ağlı başında olmalıdır. Sərxoşluq halında edilən irtidad insanı dindən birbaşa çıxartmır. Ancaq o ayılan kimi tövbə etməlidir. Etməzsə mürtəd hesab edilir. Yetkinlik yaşına çatmayan uşaqların dindən çıxması haqqında verilən hökmlərdə ixtilaflar vardır. Bəzi fəqihlər onları mürtəd sayaraq onlara ağır cəzaların verilməsinin əleyhinədirlər. Bəziləri isə onları mürtəd hesab etmirlər. İrtidadın gerçəkləşməsi üçün mürtəd İslamdan çıxmasını bəyan və ya məhkəmədə irtidad etdiyini təsdiq etməlidir. İslamdan çıxmağa məcbur edilmiş insan dindən çıxmış hesab olunmur. Fiqh alimlərinin icmasına görə dindən çıxana ən ağır cəzalar verilməməlidir. Mürtəd tövbə etməsə məhkəmənin qərarı ilə bir çox hallarda edam edilməlidir. Dindən çıxmış qadınların isə hökmü ayrıdır. Müasir dövrdə bəzi fəqihlərin bu barədə fərqli hökmləri vardır. Onların fikrincə keçmişdə İslam dünyası darül-hərblə müharibələr aparırdı. Buna görə, irtidad etmiş insanın düşmən tərəfinə keçmək ehtimalı vardır. Buna görə də, o zamanın fəqihləri mürtədlərin cəzalandırılması haqqında icma etmişdirlər. Ancaq müasir dövrdə, İslam dünyasının başqa sivilizasiyalarla qarşıdurması olmadığına görə mürtədin cəzalandırılmasına ehtiyacı yoxdur. Buna görə də, dində olub-olmamaq hər bir insanın vicdan azadlığına aid məsələdir. Sadəcə hamı bilməlidir ki, irtidada görə cəza axirətdə veriləcəkdir.
İRFAN
İSA İBN MƏRYƏM – Allahın İsrail
OBASTAN VİKİ
İrtidad
Mürtədlik (ərəb. مُرْتَدّ‎‎) və ya irtidad (ərəb. اِرْتِدَاد‎‎ – "dönmə, üz döndərmə") — bir şəxsin rəsmi şəkildə dindən çıxması, onu tərk etməsi və ya dindən imtina etməsi. Bu, həm də daha geniş kontekstdə bir şəxsin əvvəlki dini inanclarına zidd olan fikri qəbul etməsi kimi müəyyən edilə bilər. Dindən dönən şəxs mürtəd kimi tanınır. Mürtəd olmuş şəxslər bu sözün mənfi çalarının olmasına görə özlərini mürtəd adlandırmaqdan çəkinirlər, lakin bu termin sosioloqlar tərəfindən texniki mənada, heç bir alçaldıcı məna daşımadan istifadə olunur. Bəzən bu termin həm də siyasi partiya, ictimai hərəkat və ya idman komandası kimi qeyri-dini inancdan və ya səbəbdən imtina etmək üçün metafor kimi istifadə olunur. Bir çox dini qruplar və bəzi dövlətlər mürtədləri cəzalandırır. Bu, müəyyən bir dini qrupun rəsmi siyasəti yaxud da sadəcə olaraq üzvlərinin könüllü hərəkəti də ola bilər. Bu cür cəzalara aforoz, şifahi təhqir, fiziki zorakılıq və ya hətta edam daxil ola bilər.

Значение слова в других словарях