ismaililik

ismaililik
ismaililər
ismarış
OBASTAN VİKİ
İsmaililik
İsmaililər – İslam məzhəblərindən biri. İsmaililər başqa şiələr kimi Cəfər əs-Sadiq daxil ilk altı imamı qəbul edir, lakin onun vəfatından sonra (765-ci il) imamətin, "isnə əşəriyyə"dən (on iki imamçılar) fərqli olaraq, kiçik oğlu Musa Kazıma deyil, böyük oğlu İsmailə keçdiyinə inanırlar. Yeddi imamı qəbul etdiklərinə görə, onlara "səbiyyə" (yeddi imamçılar) adı da verilmişdi. Bu məzhəbin ardıcılları belə hesab edirlər ki, Cəfər əs-Sadiq imaməti bilavasitə məhz oğlu İsmailə göstərişlə vermişdir. Amma İsmail atasından öncə – 762-ci ildə vəfat etdiyinə görə, tərəfdarları oğlu Məhəmməd Məqtumun ətrafında toplaşmış və imamətin qeybdə olan (gizli) imamdan ona ötürüldüyünə inanmışlar. İsmaililərə görə, imamlar gizli olsalar da onlara tabelik göstərmək vacibdir. İsmailin yaxın dostu Əbu əl-Xəttab, sonralar "İsmailiyyə" adı altında təşəkkül tapan firqənin batini məzhəb kimi əqidəsini və təşkilat strukturunun əsasını formalaşdırmışdır. İlk vaxtlar imamların yeddi olduğuna etiqad etsələr də sonralar onların sayı artmışdır. Məhəmməd Məqtumdan sonra imamətin oğlu Cəfər əl-Müsaddiqə, sonra onun oğlu Məhəmməd Həbibə, daha sonra isə Məhəmmədin oğlu olan Mərakeş hakimi Übeydullah Mehdiyə keçməsi buna bariz misaldır. Bundan başqa ismaililərin Misirdə yaratdıqları Fatimilər xilafətinin bütün xəlifələri imam sayılmışlar.

Значение слова в других словарях