Quran ayələrini təsdiq etmək üçün Tövrat, İncil, Zəbur kimi Yəhudi və Xristian kitablarından gətirilən dəlillərdir. İsraillilər ilk İslam qaynaqlarında İsrail oğulları adlanırlar. İsrail adı isə İsrail oğullarının 12 qolunun ulu babası olmuş Yaqub peyğəmbərin adlarından biridir (Quran, 3: 93). İslam ilahiyyatçıları israillilərin rəvayətlərini birmənalı qarşılamamışdırlar. Onları tam inkar etməmiş, müəyyən şərtlərlə bu rəvayətlərdən istifadə etmişdilər. İslam ilahiyyatında israiliyyətin istifadə edilməsinin başlıca şərti onun İslamın ilk qaynaqlarına (Qurana və hədislərə) zidd olmamasıdır. Hicrətin birinci əsrində İslamı qəbul etmiş xristianlar və yəhudilər Quran ayələrini Tövrat, Zəbur, İncillərlə təfsir etmə metodundan geniş istifadə edirdilər. Ancaq sonra israiliyyətdən gələn çoxlu şübhəli rəvayətlər ortaya çıxmışdır. Buna görə də, İslam ilahiyyatçıları bu kimi rəvayətlərə ehtiyatla yanaşmışdırlar. Onları əsas deyil, ikinci dərəcəli dəlil kimi istifadə edilməsinə yol vermişdirlər.
İsrailiyyat — bir İslam dini terminidir və o hədislərə işarə edir ki, yəhudi-xristian qaynaqlı rəvayətlərdəndirlər.
İsrailiyyat
Terry Newman, İsrailiyyat ədəbiyyatı Arxivləşdirilib 2009-06-08 at the Wayback Machine, November 2003.
Значение слова в других словарях
İSRAİLİYYAT
ə. «israili» c. İsrail kitablarında xurafata aid hekayələr