İSTİSLAH

hər hansı bir məsələ üzrə Quran ayələri, hədislər, qiyas və alimlərin icmasından birbaşa hüquqi hökm vermək mümkün olmazsa, müctədidin cəmiyyət üçün xeyirli və məqsədəuyğun hesab etdiyi hökmün verilməsidir. İstihsandan fərqli olaraq istislah Quran və hədislərin konkret hərfi mənalarına əsaslanmır. Ancaq hökm onların ümumi mənalarına uyğun olmalıdır. Fiqhi termin kimi istislahı ilk dəfə Malik ibn Ənəs tətbiq etmişdir. Onun iddiasına görə bu metod şəriətin etibarlı hesab etdiyi metodlarla uyğunluq təşkil etməlidir. Eyni zamanda, bu metod məntiqə də uyğun olmalıdır. Ancaq istislahın tətbiq edilməsi məsələsində İslam alimləri fərqli fikirlər irəli sürmüşdürlər. Bəziləri onun əslində istihsan olduğunu iddia etmiş, bəziləri isə bu metoddan ümumiyyətlə istifadə etməmişdirlər.
İSTİNCA
İŞA
OBASTAN VİKİ
İstislah
İstihsan (ərəb. مرجع تقليد‎) — islam hüququ termini. Hərfi mənada "istislah" bir şeyi yaxşı görmək, bir şeyin yaxşı olmasını istəmək deməkdir. İslam şəriətində nəsihət növlərindən biri olan Məsləh-i mürsələ göndərilən nəsihət adlandırmaq olar. Mesalih-i mürsələ, "əsas dəlil" (Quran, Sünnə, icma və qiyas) lehinə və ya əleyhinə heç bir dəlili olmayan məsələlərə verilən addır. İstislah Malik ibn Ənəs (713–795) tərəfindən işlənib tətbiq edilmiş və Maliki məzhəbinin əsas fərqləndirici xüsusiyyətlərindən biridir. Bütün əsas məzhəblər tərəfindən bu və ya digər dərəcədə istifadə olunur. Hənəfi məzhəbində müstəqil hüquqi kateqoriya deyil. Şafiilər istislahı istihsanın bir hissəsi hesab edirlər. Bu üsuldan hənbəli məzhəbinin banisi Əhməd ibn Hənbəl tərəfindən də istifadə edildiyi məlumdur.