İTDİRSƏYİ

сущ. ячмень (гнойное воспаление сальных железок век). Gözünün üstündən itdirsəyi çıxıb на глазу у него вскочил ячмень
İTDAMI
İTƏBAXAN
OBASTAN VİKİ
İtdirsəyi
İtdirsəyi - göz qapaqlarının kənarında yerləşən tük kisəsi və piy vəzisinin kəskin iltihabı. Törədicisi stafilokokk bakteriyalarıdır. Göz qapağının məhdud bir nahiyəsi şişkinləşir, ağrılı olur. 2-3 gündən sonra irincik əmələ gəlir, deşildikdə irin ifraz olunur. Maddələr mübadiləsinin pozulması, avitaminoz, qanazlığı, ümumi zəiflik, diabet və s. xəstəliklər itdirsəyinin törəməsinə səbəb olur. İtdirsəyini törədən səbəbləri arada qaldırmaq, xəstəliyin başlanğıcında çay sodası, yaxud kalendula məhlulundan həmin nahiyəyə islatma qoymaq, brilyant yaşılı sürtmək və s. İtdirsəyini sıxdıqda, göz yuvasının fleqmonasına səbəb ola bilər. Xalyazion "Göz xəstəlikləri" - Musabəyli U.S. Bakı 1972 Azərbaycan Sovet Ensiklopediyası V cild, səh.

Значение слова в других словарях