İTTİHADÇI

унионист, идеолог единения
İTTİHAD
İTTİHAF
OBASTAN VİKİ
İttihadçılıq
İttihadçılıq (türk. İttihatçılık, hərf. Birlikçilik) — 1908-ci ildə Gənc türklər inqilabını həyata keçirən və 1913–1918-ci illərdə Osmanlı imperiyasını idarə edən İttihad və Tərəqqi Komitəsinin ideologiyası. İttihad və Tərəqqi Partiyasının Mərkəzi Komitəsinin qatı türk milliyətçilərindən ibarət olmasına baxmayaraq, 1912–1913-cü illərdə Birinci Balkan müharibəsində məğlub olana qədər onlar imperiyanın türk olmayan əhalisinin xoşuna gəlməyəcəyi üçün ictimai yerlərdə bunu vurğulamırdılar. İttihat və Tərəqqi üçün daha bir problem imperiyanın etnik türklərinin əksəriyyətinin özlərini heç də türk kimi deyil, sadəcə olaraq türkcə danışan sünni müsəlmanlar kimi görmələri idi. Türkiyə tarixçisi Tanər Akçam yazmışdır ki, Birinci Dünya müharibəsi "Anadoluda yaşayan geniş müsəlman kütləsinin özlərini müsəlman yox, türk, yoxsa kürd kimi başa düşməsi belə sual altındadır". İttihad və Tərəqqi Partiyası "elm şüurlu kadrlar" ilə Osmanlı cəmiyyətinin inqilabi transformasiyasını özünə hədəf seçmişdi, lakin İTP monarxiyanı və islamın dövlət dini statusunu saxlamaq istəyən mühafizəkar inqilabçılar idi, çünki "Gənc türklər" sultanlıq və islamın Osmanlı imperiyasını bir arada tutan vacib bir element olduğuna inanırdılar. İttihad və Tərəqqi Partiyası nəticədə panislamizmə arxalanırdı, lakin Müqəddəs Komitədə həmişə sekulyarizm bir mədəniyyət kimi mövcud idi. Üləma ilə əlaqələrini gərginləşdirən 31 mart hadisəsindən sonra İTP dini fanatizmi ciddi şəkildə sıxışdırmış, lakin eyni zamanda Birinci Dünya müharibəsi zamanı islamçı hərarətdən öz xeyrinə istifadə etmişdir. Buna baxmayaraq, İTP özünü Osmanlı, türk və müsəlman cəmiyyətini Avropa standartlarına uyğunlaşdıran, sosial islahat tələb edən modernist qüvvə kimi görürüdü. Kamalçılıqdan əvvəlki sosial islahat nümunəsi 1917-ci ildə qəbul edilən mübahisəli "Müvəqqəti Ailə Qanunu" idi.

Значение слова в других словарях