İxtioz
İxtioz (yun. ichtys-balıq) — balıqpulcuğu, kseroderma - kəskin qərniləşmə ilə xarakterizə olunan dəri xəstəliyi. Uşaq yaşlarında (çox vaxt 3 yaşında) başlayır, yetkinlik dövründə güclənir və insanın ömrü boyu davam edir. Müalicəsi olmayan xəstəliyə sahib
olan uşaqlar sərt və elastikliyi olmayan dəriyə malik olurlar, eyni zamanda
sərt dəri yarıqlar vasitəsiylə bir-birlərindən aralanır, dərinin yumşaq
toxuması görünür, yara hissələrindən daima su axır.
Belə uşaqlar su itkisini,
orqanizmanın istiliyini təmin edə bilmirlər. İxtioz xəstəliyi ilə doğulan
uşaqların çoxu doğumdan bir neçə saat sonra həyatlarını itirirlər, az qismi
həyatda qalmaqlarına baxmayaraq eybəcər üz quruluşuna malik olurlar.
İxtiozun 4 forması daha geniş yayılıb: Adi ixtioz; X-ilgili ixtioz; Lamellyar ixtioz; Epidermolitik ixtioz
Sinonimləri: vulqar ixtioz, adi ixtioz, ichthyosis vulgaris
Adi ixtioz üçün daha çox ayaqlarda nəzərə çarpan dərinin diffuz zədələnməsi səciyyəvidir. Dərinin qabıqlanması və quru olması, follikulyar keratoz qeyd olunur. Xəstələrin əksəriyyəti allergik xəstəliklərə meyillidirlər.
Patogenez- Adi ixtioz üçün retension hiperkeratoz xarakterikdir: hüceyrələr arasındakı əlaqələrin möhkəmlənməsi və buynuz pulcuqların kənar edilməsinin ləngiməsi epidermisin buynuz qatının qalınlaşmasına gətirib çıxarır.