İZAR

Həccə gedən zəvvarların bellərinə bağlayıb bədənlərinin aşağı hissəsini örtən parça.
İYEREY
İZƏD
OBASTAN VİKİ
İzar çayı
İzar çayı — Avstriyanın Alplarından Almaniya sərhəddindən başlanğıc götürərək, Bavariyanın cənub-şərqindən axaraq Dunay çayına tökülür. Çayın uzunluğu 291,50 km, hövzəsinin sahəsi isə 8962,29 km²-dir. == Ümumi məlumatlar == Öz yuxarı axarında İzar tipik dağ çayıdır. Bu hissələrdə dağ çaylarının idman növləri geniş yayılıb. Axınının geniş hissəsinin isə o Cənubi Bavariyanın alçaq dağlıq hissələrindən keçir. Uzun illər bu çay yeterincə çirkli hesab edilirdi ki, bunun üçün də orada çimməyə icazə verilmirdi. Ancaq son dövrlərdə bu çay təmizlənməkdədir. Həmçinin Münhen və digər şəhərlərin əhalisi bu çayın sahillərində isti aylarda istirahət edirlər.
İbn İzari
Əbu Abbas Əhməd ibn Məhəmməd ibn İzari Mərrakuşi (ərəb. أبو العباس أحمد ابن عذاري المراكشي‎) — XIII əsrin sonunda və ya XIV əsrin əvvəllərində yaşamış Məğrib tarixçisi. O, Məğribin və Əndəlusun orta əsrlərdəki tarixi haqqında 1312-ci ildə yazılmış "Əl-Bəyan əl-Muğrib"in müəllifidir. İbn İzari indiki Mərakeşdə anadan olmuş və orada yaşamış, Fəsin qazisi olmuşdur. Onun həyatı haqqında çox az şey məlumdur. Onun sağ qalan yeganə əsəri olan "Əl-Bəyan əl-Muğrib" Şimali Afrikanın 640/1-ci ildə Misirin fəthindən 1205/6-cı ildə Əlmüvəhhidi fəthlərinə qədər olan tarixidir. Onun müasir elm üçün dəyəri itmiş köhnə əsərlərdən çıxarışlarında və başqa yerdə tapılmayan materialında, o cümlədən IX əsrdə Əndəlusda ilk vikinq basqınları haqqında hesabatlardadır. O, islam dünyasının müxtəlif xəlifələri, imamları və əmirləri haqqında başqa bir bioqrafik əsəri xatırlatmışdır, lakin bu, itmişdir. 712-ci ildən sonra vəfat etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Ahmed Siraj: L'Image de la Tingitane.

Значение слова в других словарях