izomer

izomer
izomaqnit 2021
izomerlər
OBASTAN VİKİ
İzomer
İzomerlər – molekullarının tərkibi eyni olub, kimyəvi quruluşu və xassələri ilə bir-birindən fərqlənən maddələrə deyilir. Bərabər hissələrdən ibarət, başqa sözlə, eyni brutto formula malik olan deməkdir; tautomeriya – izomerliyin bir növüdür və bu izomerlik zamanı tautomerlərin sürətlə bir-birinə çevrilməsi baş verir. “Tautomeriya” terminini (yunan sözü tautos – “həmin özü”, meros – “hissə”) 1885-ci ildə alman kimyaçısı Konrad Laar (1853-1929) daxil etmişdir. O, sian turşusunun iki formasının prototrop çevrilməsini öyrənmişdir. “Prototrop” sözündə birinci hissə hidrogen atomunun (protonun) miqrasiyasını göstərir, ikinci hissə yunan tropos – “istiqamət, üsul, xarakter” sözündəndir. İzomerləşmə - üzvi birləşmənin tərkib və molekul kütləsi dəyişilmədən başqa quruluşlu birləşməyə çevrilməsidir. İzomerləşmədə molekulun karbon skleti, funksional qrupların xarakteri, yaxud onların molekulda yerləşmə ardıcıllığı dəyişir, bəzən karbon atomları tsikli kiçilir (böyüyür). İzomerlik- bəzi kimyəvi birləşmələrin öz tərkibini və molekul kütləsini dəyişmədən fəza quruluşunu dəyişməsi, nəticədə yeni fiziki-kimyəvi xassələr kəsb etməsi. Alınan birləçşmə izomer adlanır. Sklet izomeri molekulun skletini əmələgətirən karbon atomlarının müxtəlif formalarda birləşməsindən yaranır.

Значение слова в других словарях