izotoniya
izotopayırma 2021
OBASTAN VİKİ
İzotop
İzotop — kimyəvi elementin bir-birindən kütlə ədədi ilə fərqlənən atomları. Kimyəvi xassələri təqribən eynidir. Mendeleyev kimyəvi elementlərin dövri cədvəlində eyni yerdə olduqlarına görə belə adlanırlar. Bəzi izotoplar öz məxsusi adlarına malikdirlər (məsələn, deyteri, aktinon). == Xarakteristikası == Atomun əsas kütləsi onun nüvəsində cəmləşir. Nüvə öz növbəsində müsbət yüklü protonlardan və neytral neytronlardan ibarətdir. Protonlar eyni sayda mənfi yüklü elektronlarla tarazlaşdırılır. Proton və neytronların kütlələrinin cəmi atom kütləsi adlanır. Nüvəsində eyni sayda proton lakin müxtəlif sayda neytronlar olan atomlar izotop adlanır. == Stabil və radioaktiv izotoplar == İzotoplar stabil və radioaktiv ola bilərlər.