Laburnum anagyroides subsp. jacquinianum
Anagirayabənzər qızılıakasiya (lat. Laburnum anagyroides) — qızılıakasiya cinsinə aid bitki növü.
== Sinonim ==
Cytisus laburnum L.
Laburnum anagyroides subsp. alschingeri (Vis.) Hayek
Laburnum anagyroides subsp. anagyroides
Laburnum anagyroides subsp. jacquinianum (Wettst.) Hayek
Laburnum vulgare J.Presl
== Təbii yayılması ==
Cənubi və Qərbi Avropada, Kiçik Asiyada bitir. Fransadan-Balkana qədər olan ərazilərdə yayılmışdır.
== Botaniki təsviri ==
5–7 m hündürlükdə, boz-yaşıl və ya boz-qonur rəngli sallanan budaqları olan ağac və ya koldur. Cavan budaqları və çiçək zoğları gümüşü tükcüklərlə örtülüdür. Yarpaqları üçər olub, uzunsaplaqlı, yarpaqcıqları uzunsov-ellipsvari və ya tərs- yumurtavaridir, 3–8 sm uzunluqda, 1,5–3 sm enində, yarpaq ayasının üst səthi çılpaq, alt səthi gümüşü, xırda tükcüklüdür.