Məntiqi fayl
Məntiqi fayl (en. logical file) – konseptual baxımdan: yaddaşda və ya saxlama qurğusunda fiziki gerçəkləşdirilməsindən asılı olmayan fayl. Məsələn, məntiqi fayl, yazıların kəsilməz sırasından ibarət ola bilər, baxmayaraq ki, fiziki olaraq o, disk boyunca və ya hətta bir neçə diskə paylanmış ayrı-ayrı kiçik fraqmentlərdə saxlanıla bilər. Eləcə də, məntiqi fayl verilənlər bazasından götürülmüş sütunların (sahələrin) və sətirlərin (yazıların) müəyyən altçoxluğundan ibarət ola bilər. Bu halda məntiqi fayl (baxılan verilənlər), yalnız müəyyən tətbiqi proqrama və ya istifadəçiyə gərəkli olan informasiyadır.
İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.