Jude

der; -n, -n yəhudi, cuhud
Judas
judenfeindlich
OBASTAN VİKİ
Alba (judets)
Alba judetsi (rum. Județul Alba) — Transilvaniyada yerləşən judets (Rumıniya). Ərazisi — 6242 km². Sahənin 59 % dağlıq təşkil edir. Şərqdə Sibiu və Mureş, qərbdə Bixor və Arad, şimalda Kluj , cənub-qərbdə Xunedoara judetsləri ilə sərhəddir. YUNESKO-nun Dünya İrsi Siyahısına daxil olan Oreştiye dağlarında yerləşən dakların qalalarından biri judetsin ərazisində yerləşir. 2011-ci ildə əhalinin sayı 327 224 nəfər təşkil edirdi, əhalinin sıxlığı — 52,42 nəf./km². 2016-cı ilin əhalinin siyahıya alınmasına əsasən, sayı — 380 976 nəfər təşkil edirdi. Judetsə 4 bələdiyyə, 7 şəhər və 65 kommuna daxildir.
Arad (judets)
Arad judetsi (rum. Județul Arad) — Transilvaniya bölgəsində Rumıniya judetsi (Kirşanın tarixi ərazisi). 2011-ci ildə judetsin əhalisi 409 072 nəfər təşkil edirdi, əhalinin sıxlığı — 52,76 чел./km². Milli Statistika İnstitutuna siyahısına əsasən, 2016-cı ildə əhalinin sayı — 473 946 nəfər təşkil edirdi. Judetsə 1 bələdiyyə, 9 şəhər və 68 komunna daxildir.
Ardjeş (judets)
Ardjeş judetsi (rum. Județul Argeș) — Valaxiya regionunda yerləşən judets (Rumıniya). Judetsə 3 bələdiyyə, 4 şəhər və 95 kommuna daxildir.
Bakeu (judets)
Bakeu judetsi (rum. Judeţul Bacău) — Qərbi Moldova regionunda yerləşən Rumıniya judetsi. == Əhalisi == 2007-ci ildə əhalinin sayı 719 844 nəfər təşkil , əhalinin sıxlığı — 108,72 nəf./km². === Əhalinin dinamikası === === Milli tərkibi === 2002-ci ilə əsasən: == İnzibati bölgüsü == Judetsə 3 bələdiyyə, 5 şəhər və 85 kommuna daxildir.
Bistritsa-Neseud (judets)
Bistritsa-Neseud judetsi (rum. Judeţul Bistriţa-Năsăud) — Transilvaniya regionunda yerləşən Rumıniya judetsi. == Əhalisi == Milli tərkibi: Rumınlar — 90,3 % Macarlar — 5,9 % Qaraçılar — 3,6 % Almanlar — 0,2 % Əhali sayının dinamikası: 1948–233 650 nəf. 1956–255 789 nəf. 1966–269 954 nəf. 1977–286 628 nəf. 1992–326 820 nəf. 2002–311 657 nəf. == İnzibati bölgüsü == Judetsə 1 bələdiyyə, 3 şəhər və 56 kommuna daxildir.
Bixor (judets)
Bixor judetsi (rum. Judeţul Bihor) — Transilvaniyada yerləşən Rumıniya judetsi, Macarıstan ilə sərhəddir. == Əhalisi == 2007-ci ildə əhalinin sayı 594 131 nəfər təşkil edirdi , sıxlığı — 78,75 nəf./km². Milli tərkibi: Rumınlar — 67,38 % Macarlar — 25,96 % Qaraçılar — 5,01 % Slovaklar — 1,22 % Almanlar — 0,19 % Əhali sayının dinamikası: == İnzibati bölgüsü == Judetsə 4 bələdiyyə, 6 şəhər və 90 kommuna daxildir.
Curcu (judets)
Curcu judets (rum. Judeţul Giurgiu) — Valaxiya regionunda yerləşən Rumıniya judetsi. Sahə — 3526 km². Şərqdə — Keleraşi, qərbdə — Teleorman, şimalda — İlfov və Dımbovitsa judetsləri ilə sərhəddir. 2007-ci ildə əhalinin sayı 283 408 nəfər təşkil edirdi, sıxlığı — 80,37 nəf./km². Judetsə 2 bələdiyyə, 2 şəhər və 51 kommuna daxildir.
Dolj (judets)
Dolj judetsi (rum. Judeţul Dolj) — Valaxiya regionunda yerləşən Rumıniya judetsi. Sahə — 7414 km². Şərqdə — Olt, qərbdə — Mexedintsi , şimalda — Qorj və Vılça judetsləri ilə sərhəddir. 2007-ci ildə əhalinin sayı 712 187 nəfər təşkil edirdi, sıxlığı — 96,05 чел./км². Judetsə 3 bələdiyyə, 4 şəhər və 104 kommuna daxildir.
Dımbovitsa (judets)
Dımbovitsa (rum. Judeţul Dâmbovița) — Valaxiya regionunda yerləşən Rumıniya judetsi. Sahə — 4054 km². Sərhəddə olan judetslər: İlfov və Praxova şərqdə; Ardjeş qərbdə; Braşov şimalda; Teleorman və Curcu cənubda. 2007-ci ildə əhalinin sayı 533.330 nəfər təşkil edirdi, sıxlığı — 131,55 nəf./km². 2016-cı il əhalinin siyahıya alınmasına əsasən, judetsin əhalisi 528.426 nəfərdir. Judetsə 2 bələdiyyə, 3 şəhər və 33 kommuna daxildir.
Karaş-Severin (judets)
Karaş-Severin judets (rum. Județul Caraș-Severin) — Banat tarixi bölgəsinin, Transilvaniya regionunda yerləşən Rumıniya judetsi. Sahə — 8520 km². Rumıniyanı qərbində yerləşən judetslər arasında sahəsinə görə ən böyük olan judets 3-cü yerdədir. Cənub-qərbdə — Serbiya ilə, şərqdə — Xunedoara və Qorj, şimalda — Timiş və cənub-şərqdə — Mexedintsi judetsləri ilə sərhəddir. 2007-ci ildə əhalinin sayı 327 579 nəfər təşkil edirdi, sıxlığı — 38,47 nəf./km². Judetsə 2 bələdiyyə, 6 şəhər və 69 kommuna daxildir.
Keleraşi (judets)
Keleraşi judetsi (rum. Județul Călărași) — Valaxiya regionunda yerləşən Rumıniya judetsi. Judetsin sahəsi 5088 km² təşkil edir. Qərbdə Konstantsa, şərqdə İlfov və Curcu, şimalda Yalomitsa judetsləri ilə və cənubda isə Bolqarıstanın Silistren diyarı ilə həmsərhəddir. 2011-ci ildə əhalinin sayı 285 050 nəfər təşkil edirdi, sıxlığı isə 56,02 nəf./km². Judetsə 2 bələdiyyə, 3 şəhər və 48 kommuna daxildir.
Kluj (judets)
Kluj judets (rum. Judeţul Cluj) — Transilvaniya regionunda yerləşən Rumıniya judetsi. Sahə — 6674 km². 2007-ci ildə əhalinin sayı 692 316 nəfər təşkil edirdi, sıxlığı — 103,73 nəf./km². Milli tərkibi: Rumınlar – 80 % Macarlar – 17,5 % Qaraçılar – 2,5 % Əhali sayının dinamikası: Judetsə 2 bələdiyyə, 6 şəhər və 69 kommuna daxildir.
Konstantsa (judets)
Konstantsa (rum. Judeţul Constanţa) — Dobruca regionunda yerləşən Rumıniya judetsi. Sahə — 7071 km². Əhali — 630 679 nəf. (2011). İnzibati mərkəzi — liman şəhəri Konstantsa. Qərbdə — Keleraşi və Yalomitsa, şimalda — Tulça və Breila judetsləri ilə, cənubda — Bolqarıstanın Dobriç və Silistren diyarları ilə sərhəddir. 1970-ci ildə judetsin əhalisi 513,3 min nəfər, 2002-ci ildə — 715 151 nəfər, 2011-ci ildə isə — 630 679 nəfər təşkil edirdi. Milli tərkibə görə əhalisi: 1 iyul 2005-ci ilin məlumatlarına görə Əhalisi: 756 053 Şəhərlilər: 539 902 Kəndlilər: 216 151 Kişi: 368 576 Qadın: 387 477 Sıxlıq: 101,1 nəf./km² Judetsə 3 bələdiyyə, 8 şəhər və 58 kommuna daxildir.
Kovasna (judets)
Kovasna judetsi (rum. Judeţul Covasna Rumınca tələffüz: [koˈvasna], mac. Kovászna) — Transilvaniya regionunda yerləşən Rumıniya judetsi. 2007-ci ildə əhalinin sayı 223 364 nəfər təşkil edirdi, sıxlığı — 103,73 nəf./km². 2002-ci ildə etnik tərkibi: macarlar — 73,8 % (164 158 nəf.) rumınlar — 23,3 % (51 790 nəf.) qaraçılar — 2,7 % (5973 nəf.) 2011-ci ildə etnik tərkibi: macarlar — 73,74 % (150 468 nəf.) rumınlar — 22,02 % (45 021 nəf.) qaraçılar — 4,05 % (8267 nəf.) başqaları — 0,19 % Judetsə 2 bələdiyyə, 3 şəhər və 40 kommuna daxildir. Sfıntu-Qeorqe (rum. Sfântu Gheorghe), Şepşisentdyord (mac. Sepsiszentgyörgy) Tırqu-Sekuesk (rum. Târgu Secuiesc), Kezdivaşarxey (mac. Kézdivásárhely) Baraolt (mac.
Maramureş (judets)
Maramureş (rum. Județul Maramureș, mac. Máramaros megye, ukr. Мараморощина) — Maramureş, Ardyal və Krişan tarixiərazilərdən ibarət olan Rumıniya judetsi. Sahəsi — 6304 km². Judetsin ərazisindən Tisa çayı keçir. Şərqdə — Suçava, qərbdə — Satu-Mare, Selaj, cənubda — Kluj və Bistritsa-Nesesud judetsləri ilə şimalda isə Ukraynanın İvano-Frankovsk və Zakarpatya vilayətləri ilə sərhəddir. 2007-ci ildə əhalinin sayı 513 000 nəfər təşkil edirdi, sıxlığı — 81,37 nəf./km². Milli tərkibi: Rumınlar — 82 % Macarlar — 9,1 % Ukraynlar — 6,7 % Qaraçılar — 1,7 % Almanlar — 0,4 % Əhalinin dinamikası: Judetsə 2 bələdiyyə, 6 şəhər və 63 kommuna daxildir.
Mexedintsi (judets)
Mexedintsi judetsi (rum. Judeţul Mehedinți) — Valaxiya regionunda yerləşən Rumıniya judetsi. Cənubda — Bolqarıstanın Vidin vilayəti ilə, qərbdə və cənub-qərbdə — Serbiyanın Bor dairəsi ilə, şimal-qərbdə Karaş-Severin, şimal-şərqdə Qorj və cənub-şərqdə Dolj judetsləri ilə sərhəddir. 2011-ci ildə əhalinin sayı 254 570 nəfər təşkil edirdi, sıxlığı — 51,6 nəf./km². Judetsə 2 bələdiyyə, 3 şəhər və 61 kommuna daxildir.
Mureş (judets)
Mureş judetsi (rum. Județul Mureș) — Transilvaniya regionunda yerləşən Rumıniya judetsi. Sahəsi — 6714 km². Şərqdə — Xarqita, qərbdə — Alba və Kluj, şimalda — Bistritsa-Neseud və Suçava, cənubda — Sibiu və Braşov. 2007-ci ildə əhalinin sayı 581 759 nəfər təşkil edirdi, sıxlığı — 86,64 nəf./km². Judetsə 4 bələdiyyə, 7 şəhər və 91 kommuna daxildir.
Nyamts (judets)
Nyamts judetsi (rum. Județul Mureș) — Qərbi Moldova regionunda yerləşən Rumıniya judetsi. Sahəsi — 5896 km². Şərqdə — Yassı və Vasluy, qərbdə — Xarqita, şimalda — Suçava. 2011-ci ildə əhalinin sayı 452 900 nəfər təşkil edirdi, sıxlığı — 76,81 nəf./km². Judetsə 2 bələdiyyə, 3 şəhər və 76 kommuna daxildir.
Qalats (judets)
Qalats judetsi (rum. Judeţul Buzău) — Qərbi Moldova regionunda yerləşən Rumıniya judetsi. Sahəsi — 4466 km². Qərbdə — Praxova və Braşov, şimalda — Kovasna və Vrança, cənubda — Breila və Tulça judetsləri ilə sərhəddir. 2007-ci ildə əhalinin sayı 614 449 nəfər, sıxlığı — 137,58 nəf./km².
Qorj (judets)
Qorj judetsi (rum. Judeţul Gorj) — Valaxiya regionunda yerləşən Rumıniya judetsi. Sahə — 5602 km². Şərqdə — Vılça, qərbdə — Mexedintsi və Karaş-Severin, şimalda — Xunedoara, cənubda — Dolj. 2007-ci ildə əhalinin sayı 381 643 nəfər təşkil edirdi, sıxlığı — 68,12 nəf./km².
Suçava (judets)
Suçava judetsi — Rumıniyanın şimal ərazisindəki judets. Ərazisinin böyük bir hissəsi tarixi Bukovina regionun cənub hissəsində, qalan hissələri isə Qərbi Moldova ərazisində yerləşir. Judetsin mərkəzi Suçavadır. 2018-ci ildəki rəqəmlərə görə əhalisi 757,679 nəfərdir.
Vasluy (judets)
Vasluy judetsi (rum. Judeţul Vaslui) — Qərbi Moldova regionunda yerləşən Rumıniya judetsi. Şərqdə — Moldova ilə, qərbdə — Nyamts, Bakeu və Vrança, şimalda — Yassı, cənubda — Qalats judetsləri ilə sərhəddir. 2011-ci ildə əhalinin sayı 375 148 nəfər, sıxlığı — — 70,54 nəf./km². 2016-cı ildə əhalinin sayı 479815 nəfər təşkil edirdi. Judetsə 2 bələdiyyə, 8 şəhər və 75 kommuna daxildir.
Vrança (judets)
Vrança judetsi (rum. Judeţul Vrancea) — Qərbi Moldova regionunda yerləşən Rumıniya judetsi. Sahəsi — 4857 km². Şərqdə — Vasluy və Qalats, qərbdə — Kovasna, Bakeu, cənubda — Buzeu və cənub-şərqdə — Breila judetsləri ilə sərhəddir. 2011-ci ildə əhalinin sayı 323 080 nəfər, sıxlığı — 66,52 nəf./km². Judetsə 2 bələdiyyə, 3 şəhər və 68 kommuna daxildir.
Vılça (judets)
Vılça judetsi (rum. Judeţul Vâlcea) — Valaxiya regionunda yerləşən Rumıniya judetsi. Sahəsi — 5765 km². Şərqdə — Ardjeş, qərbdə — Qorj və Хунедоара, şimalda — Sibiu və Alba, cənubda — Dolj və Olt judetsləri ilə sərhəddir. 2007-ci ildə əhalinin sayı 411 576 nəfər təşkil edirdi, sıxlığı — 71,39 nəf./km². Judetsə 2 bələdiyyə, 9 şəhər və 75 kommuna daxildir.
İlfov (judets)
İlfov judetsi (rum. Judeţul Ilfov) — Valaxiya regionunda yerləşən Rumıniya judetsi. Ərazisi — 1583 km². Aşağı Dunay ovalığında yerləşir. Ərazidən Dımbovitsa və Kolentina çayları keçir. Sərhəddə olduğu judetslər: Yalomitsa və Keleraşi şərqdə; Dımbovitsa qərbdə; Praxova şimalda; Curcu cənubda və şərqdə. Ölkənin paytaxtı olan Buxarest şəhərini əhatə edir. 2007-ci ildə judetsin əhalisi 294.094 nəfər təşkil edirdi (əhalinin sayı 143.084 və qadın əhalisi 151.010 nəfər olmaqla), əhalinin sıxlığı — 185.78 nəf./ km².