KÖVDƏN
KÖVƏŞİMƏ
OBASTAN VİKİ
Kövər
Kövər — Azərbaycan Respublikasının Yevlax rayonunun Malbinəsi inzibati ərazi vahidində kənd. == Tarixi == Yuxarı Qarabağ kanalının sahilində, Qarabağ düzündədir. Oykonim "mal-qara üçün ayrılmış örüş yeri" mənasındadır. Kövər variantında da qeydə alınmışdır.
Kövər bələdiyyəsi
Yevlax bələdiyyələri — Yevlax şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Tikanlı kövər
Tikanlı kəvər (lat. Capparis spinosa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kəvərkimilər fəsiləsinin kəvər cinsinə aid bitki növü. Yarımkol bitki olub, 2 m-ə qədər uzunluqda budaqları var. Yarpağı girdə-yumurtavarı, yaxud ellipsvarı olub, saplaqlıdır. Çiçəkləri iri, rəngli ağ olub, tək-tək halda yarpaqların qultuğunda yerləşir. Meyvəsi giləmeyvəyə bənzəyən qutucuqdan ibarətdir. Toxumları kürəvarıdır, tünd-qonur rənglidir, təqribən qaraya çalır. Bitki may-iyul aylarında çiçəkləyir, meyvələri avqustda yetişir. Azərbaycanda kəvər Samur-Dəvəçi ovalıqlarında, Abşeronda, Kür-Araz çayları ovalıqlarında, Lənkəran və Naxçıvanın dağ ətəyi sahələrində yayılmışdır. Xüsusən, qeyd edilən rayonların ovalıqlarında, aşağı dağ qurşağında, yarımsəhralıq yerlərdə ehtiyatı daha çoxdur.

Значение слова в других словарях