küləklər şəhəri (Bakı)

the Wind City (Baku) город ветров (Баку)
külək hayandan əssə, o yana əyilmək
küləksiz ləpə
OBASTAN VİKİ
Küləklər şəhəri
Küləklər şəhəri – Azərbaycanın paytaxtı Bakı şəhərinə verilən ləqəb. Şəhərdə tez-tez əsən güclü küləklər bu ləqəbin yaranmasına gətirib çıxarmışdır. "Bakı" adının etimologiyası ilə bağlı iddialardan biri fars dilində "külək döyən" mənasını verən "Badkubə" sözündən yaranmasıdır. == Arxa plan == Bakı şəhəri Xəzər dənizinin qərbində, şimal küləklərinin daim döyəclədiyi yerdə yerləşir. Şəhərdə xəzri adlandırılan şimal küləyi və gilavar adlandırılan cənub küləyi əsir. Əbdürrəşid Bakuvi Bakı şəhərini küləkli şəhər kimi təsvir etmiş, hətta külək əsən zaman at və qoyunların öz yerində dayana bilmədiklərini bildirmişdir. 1826-cı ildə Bakıda olmuş səyyah Zeynalabdin Şirvani şəhərin Badkubə də adlandırıldığını, çünki burada güclü küləklərin əsdiyini qeyd etmişdir. == Populyar mədəniyyətdə == 1928-ci və 1967-ci ildə çəkilmiş, Bakı şəhərinin tarixindən bəhs edən iki sənədli film "Küləklər şəhəri" adını daşıyır. Eston yazıçı Kersti Kivirüüt tərəfindən yazılmış "Küləklər şəhəri" romanı sovet hakimiyyətinin qurulması ərəfəsində Bakıda yaşayan əcnəbilərin həyatından bəhs edir.
Küləklər Şəhəri (1928)
== Məzmun == Filmdə Bakı şəhərinin tarixindən, onun inkişafından, tikinti işlərindən, Bakı Sovetinin və digər müəssisələrin fəaliyyətindən danışılır. Burada şəhərin məişəti, Sabunçu və Suraxanı qəsəbələrinin neftçiləri, eləcə də keçmiş SSRİ-də ilk Bakı-Sabunçu elektrik dəmir yolu öz əksini tapmışdır. == Film haqqında == Film saxlanılmayıb.
Küləklər Şəhəri (1967)
== Məzmun == Bakı şəhərinin inqilabi ənənələri filmdə öz əksini tapmışdır.
Bakı şəhəri
Bakı, həmçinin Böyük Bakı — Azərbaycan Respublikasının paytaxtı; Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində yerləşir. Sahəsi 2140 km², əhalisi, 2018-ci ilin əvvəlinə qədər əhalisinin sayı 2 262 600 nəfər idi. 2022-ci ilə aid digər rəsmi mənbələrə görə, şəhərin qeyri-rəsmi əhalisi 5 milyona yaxındır. Bakı, Avropa və Asiyanın kəsişməsində yerləşən dünyanın ən cazibədar və kosmopolit şəhərlərindən biridir. Bakı şəhərinin tərkibinə 12 inzibati rayon, 59 qəsəbə daxildir. Şəhərin mərkəzi hissəsi Bakı buxtasına pilləli enən amfiteatrda yerləşir. Bakının dəniz sahili hissəsi okean səviyyəsindən təqribən 28 m aşağıdır. Bakı rayonu ərazisində faydalı qazıntılardan neft, qaz, tikinti materialları hasil edilir; müalicə əhəmiyyətli mineral sular çıxır. Çoxlu palçıq vulkanı var. İqlimi yarı quraq və subtropikdir.
Küləklər şəhəri (film, 1928)
== Məzmun == Filmdə Bakı şəhərinin tarixindən, onun inkişafından, tikinti işlərindən, Bakı Sovetinin və digər müəssisələrin fəaliyyətindən danışılır. Burada şəhərin məişəti, Sabunçu və Suraxanı qəsəbələrinin neftçiləri, eləcə də keçmiş SSRİ-də ilk Bakı-Sabunçu elektrik dəmir yolu öz əksini tapmışdır. == Film haqqında == Film saxlanılmayıb.
Küləklər şəhəri (film, 1967)
== Məzmun == Bakı şəhərinin inqilabi ənənələri filmdə öz əksini tapmışdır.
Küləklər şəhəri (film, 2011)
== Filmin məzmunu == Adından da bəlli olduğu kimi, film Bakıda çəkilib. Film detektiv janrındadır. Bir neçə dost digər ölən dostlarının intiqamını alır.
Geosrtafik küləklər
Hakim küləklər
Quru küləklər
Quru küləklər- meteoroloji hadisə olub, havanın rütubətliyi bir qayda olaraq yüksək temperatur və müxtəlif intensivli küləklərlə müşayət olunur. Belə küləklər bitkinin yüksək transpirasiyasına səbəb olur, torpaq səthindən intensiv buxarlanma gedir, torpağın nəmliyi aşağı düşür və bunun nəticəsində bitkinin su balansının pozulmasına səbəb olur. Azərbaycanda İraq, İran və Orta Asiya ərazilərindən daxil olan subtropik antisiklonun təsiri nəticəsində ilin isti dövründə atmosfer prosesləri quraqlıq və quru yellərin əmələ gəlməsinə səbəb olur. Bu isə respublika ərazisində kənd təsərrüfatı bitkilərinin normal inkişafına mənfi təsir göstərir və məhsuldarlığını aşağı salır. Mübarizə tədbirləri məqsədi ilə əsasən aqrotexniki və meliorasiya tədbirləri həyata keçirilir. Suvarma quraqlıq və quru küləklərə qarşı radikal üsul sayılır. Suvarma hətta səhra şəraitində bitkilərdən yüksək məhsul götürməyə imkan verir. Tarlaqoruyucu meşə zolaqları quraqlıq və quru küləklərə qarşı mühüm tədbir sayılır.
Bakı şəhəri küçələrinin siyahısı
== A ==
Küləklər vadisindən Navsikaya
Küləklər vadisindən Navsikaya (Yaponca: 風の谷のナウシカ - Kaze no Tani no Nauşika, İngiliscə: Nausicaä of the Valley of the Wind), yaponiyalı rejissor Hayao Miyazaki tərəfindən çəkilmış postapokaliptik elmi fantastika üslubunda anime filmi. Film Miyazakinin eyniadlı manqasının əsasında çəkilib. == Məzmun == Dünyadakı son böyük döyüşün və sənayenin çöküşündən min il keçib. Dünyanı çöllər, təhlükəli həşərat, zəhərli bitkilər sarmağla və bəzi göbələk növlərinin yaydığı zəhərli qazlar atmosferə yayılaraq getdikcə azalan insan irqini təhdid etməkdədir. Nausicaä, az sayda insanın əkinçiliklə məşğul olub böcək və göbələklərlə mübarizə edərək yaşadığı Külək Vadisinin şahzadəsidir. Bir gün vadiyə başqa bir krallığın təyyarəsi düşür. Yalnız kargosu sağlam qalmışdır, arxasından krallığa aid əsgərlər gələrək vadini ələ keçirirlər. Kargoda min ildir unudulan və başqa bir krallıqdan oğurlanan, dünyanı dəyişdirə bilən bir şey var. Küləkli Vadi bu iki krallıq üçün hədəf halına gələrkən Nausicaä dünyanı köhnə halına gətirmənin yolunu kəşf edir. == Personajlar == Nausicaa: Küləkli Vadinin seçilmi şahzadəsi.
Bakıda küləklər əsir
Bakıda küləklər əsir filmi rejissor Muxtar Dadaşov tərəfindən 1974-cü ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Şahmar Ələkbərov, Həsən Məmmədov, Nikolay Fedortsev, Rza Təhmasib, Pavel Kadoçnikov, Aleksandr Afanasyev və Andrin İnqrid ifa edirlər. == Məzmun == Film İkinci Dünya müharibəsi illərində Bakı neftinə can atan faşistlərin məkrli niyyətlərinə, düşmən agenturasına, təxribatçılara qarşı çekistlərin apardıqları mübarizəyə həsr olunmuşdur. Beynəlmiləlçilik və xalqlar dostluğu kino əsərinin əsas mövzularındandır. == Film haqqında == Filmdəki hadisələr Bakıda, Şimali Qafqazda və Nalçikdə cərəyan edir. Filmdə kor Həsənzadə rolunu ifa edən qocaman rejissor Mikayıl Mikayılovun ömrünün son illərində həqiqətən gözləri tutulmuşdu. == Filmin heyəti == Ssenari müəllifləri: Muxtar Dadaşov,Yuri Dobroxotov,Vladimir Spitsin,Vladimir Sinitsin Rejissor: Muxtar Dadaşov Operator: Vladimir Qusyev Rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Xəyyam Mirzəzadə Mahnının mətn müəllifi: Zeynal Cabbarzadə Mahnını ifa edən : Elxan Əhədzadə Rollarda: Şahmar Ələkbərov - Azad Həsən Məmmədov (aktyor) - Tahir Cəliloviç Nikolay Fedortsev - Orlov Rza Təhmasib - Şahmar bəy Pavel Kadoçnikov - Kaştanov Aleksandr Afanasyev - Ştellinq Andrin İnqrid - Erika İsmayıl Osmanlı - Əlibala Xalidə Quliyeva - Solmaz Aleksandr Susnin - Starşina Muxtar Maniyev - Kərim Mikayıl Mikayılov (rejissor) - Həsənzadə Ceyhun Mirzəyev - əsgər Anatoli Falkoviç - Nikolayev Kamil Qubuşov - fəhlə;neftçi Süleyman Ələsgərov (aktyor) - Zabit Ağayev Bahadur Əliyev - Bahadur Filmi səsləndirənlər: Həsənağa Turabov - Orlov (Nikolay Fedortsev)(titrlərdə yoxdur) Yusif Vəliyev - həkim İvan (titrlərdə yoxdur) Səməndər Rzayev - Şahmar bəy (Rza Təhmasib)(titrlərdə yoxdur) Əliabbas Qədirov - Kaştanov (Pavel Kadoçnikov)(titrlərdə yoxdur) Həsən Əbluc - Ştellinq (Aleksandr Afanasyev)(titrlərdə yoxdur) Əminə Yusifqızı - Erika (Andrin İnqrid)(titrlərdə yoxdur) Xuraman Hacıyeva - Solmaz (Xalidə Quliyeva)(titrlərdə yoxdur) Sadıq Hüseynov (aktyor) - Həsənzadə (Mikayıl Mikayılov (rejissor))(titrlərdə yoxdur) Yaşar Nuri - əsgər (Ceyhun Mirzəyev)(titrlərdə yoxdur) Kamil Qubuşov - Nikolayev (Anatoli Falkoviç)(titrlərdə yoxdur) Bahadur Əliyev - Zabit Ağayev (Süleyman Ələsgərov (aktyor))(titrlərdə yoxdur) Ramiz Məlik - əsgər (titrlərdə yoxdur) == Film üzərində işləyənlər == Ssenari müəllifi: Muxtar Dadaşov, Yuri Dobroxotov, Vladimir Spitsin, Vladimir Sinitsin Rejissor: Muxtar Dadaşov Operator: Vladimir Qusyev Rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Xəyyam Mirzəzadə === Rollarda === Şahmar Ələkbərov — Azad Həsən Məmmədov — Tahir Cəliloviç Nikolay Fedortsev — Orlov Rza Təhmasib — Şahmar bəy Pavel Kadoçnikov — Kaştanov Aleksandr Afanasyev — Ştellinq Andrin İnqrid — Erika İsmayıl Osmanlı — Əlibala Xalidə Quliyeva (Xalidə Qasımova kimi) — Solmaz Aleksandr Susnin — starşina Muxtar Maniyev — Kərim Mikayıl Mikayılov — Həsənzadə Ceyhun Mirzəyev — Əsgər Anatoli Falkoviç — Nikolayev Kamil Qubuşov — fəhlə; neftçi Süleyman Ələsgərov — Zabit Ağayev Bahadur Əliyev — Bahadur === Filmi səsləndirənlər === Həsənağa Turabov — Orlov (Nikolay Fedortsev) (titrlərdə yoxdur) Yusif Vəliyev — həkim İvan (titrlərdə yoxdur) Səməndər Rzayev — Şahmar bəy (Rza Təhmasib) (titrlərdə yoxdur) Sadıq Hüseynov — Həsənzadə (Mikayıl Mikayılov) (titrlərdə yoxdur) Əliabbas Qədirov — Kaştanov (Pavel Kadoçnikov) (titrlərdə yoxdur) Həsən Əbluc — Ştellinq (Aleksandr Afanasyev) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Erika (Andrin İnqrid) (titrlərdə yoxdur) Xuraman Hacıyeva — Solmaz (Xalidə Quliyeva) (titrlərdə yoxdur) Yaşar Nuri — Əsgər (Ceyhun Mirzəyev) (titrlərdə yoxdur) Kamil Qubuşov — Nikolayev (Anatoli Falkoviç) (titrlərdə yoxdur) Bahadur Əliyev — Zabit Ağayev (Süleyman Ələsgərov) (titrlərdə yoxdur) Ramiz Məlikov — Əsgər (titrlərdə yoxdur) == İstinadlar == == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред.
Bakı şəhəri 6 nömrəli məktəb-lisey
6 nömrəli məktəb-lisey — Azərbaycan Respublikasının Bakı şəhərində ümumi təhsil müəssisəsi. == Nailiyyətləri == 2008 — "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi. 2013— "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi 2018— "Təhsildə inkişaf və innovasiyalar üzrə" II qrant müsabiqəsinin qalibi 2019 — "Təhsildə inkişaf və innovasiyalar üzrə" III qrant müsabiqəsinin qalibi == Məzunları == == Şəhid məzunları == Eldar Abdulla oğlu Tağızadə — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Bakı
Bakı, həmçinin Böyük Bakı — Azərbaycan Respublikasının paytaxtı; Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində yerləşir. Sahəsi 2140 km², əhalisi, 2018-ci ilin əvvəlinə qədər əhalisinin sayı 2 262 600 nəfər idi. 2022-ci ilə aid digər rəsmi mənbələrə görə, şəhərin qeyri-rəsmi əhalisi 5 milyona yaxındır. Bakı, Avropa və Asiyanın kəsişməsində yerləşən dünyanın ən cazibədar və kosmopolit şəhərlərindən biridir. Bakı şəhərinin tərkibinə 12 inzibati rayon, 59 qəsəbə daxildir. Şəhərin mərkəzi hissəsi Bakı buxtasına pilləli enən amfiteatrda yerləşir. Bakının dəniz sahili hissəsi okean səviyyəsindən təqribən 28 m aşağıdır. Bakı rayonu ərazisində faydalı qazıntılardan neft, qaz, tikinti materialları hasil edilir; müalicə əhəmiyyətli mineral sular çıxır. Çoxlu palçıq vulkanı var. İqlimi yarı quraq və subtropikdir.
Düşənbə şəhəri
Düşənbə (tac. Душанбе — tərc. bazar ertəsi) — Tacikistan Respublikasının paytaxtı, respublika əhəmiyyətli şəhər. Şəhər ölkənin ən böyük elmi-mədəni, siyasi, iqtisadi, sənaye və inzibati mərkəzidir. Düşənbədə ölkənin ən yüksək hakimiyyət orqanları yerləşir. Respublika Prezidentinin Administrasiyası, Tacikistan Parlamenti və Prezident sarayı bu şəhərdə yerləşir. == Tarixi == " Düşənbə " adlı yaşayış məntəqəsi ilk dəfə olaraq XVII əsrin sonuna aid məxəzlərdə xatırlanır. Bu yaşayış məntəqəsi 1826-cı ildə " Düşənbə — Kurqan" adlanırdı. 1924-cü ildə Düşənbə (keçmişdə " Düşənbə — Bazar " (tac. Дюшамбе-Бозор) ) kəndi , Səriasya və Şahmənsur kəndləri ilə birləşdirilərək Düşənbə qışlağı yaradıldı.
Dəkkə şəhəri
Dəkkə (Dácca, benq. ঢাকা) – Banqladeşin paytaxtı. Dəkkə vilayətinin inzibati mərkəzi. Әhalisi 7,0 mln. (2011). Benqal düzənliyində, Burhi Qanq çayı sahilində, onun Dhalesvari çayına töküldüyü yerin yaxınlığındadır. Ölkənin siyasi, iqtisadi və mədəniyyət mərkəzidir. Mühüm avtomobil və dəmir yolları qovşağıdır. Şəhərdə Sadarqhat çay portu və Ziya beynəlxalq aeroportu var. == Ümumi məlumat == Dəkkədə Banqladeş EA (1973), Cut ETİ (1951), Banqladeş elm və sənaye tədqiqatları şurası (1955), Atom Enerjisi üzrə Banqladeş Komissiyası (1973), Benqal Akademiyası (1972; humanitar elmlər sahəsində tədqiqatlar), Beynəlxalq və Strateji Araşdırmalar İnistutu (1978); ali təhsil müəssisələrindən: Dəkkə Universiteti (1921), Mühəndis-Texnologiya Universiteti (1962), İslam Texnologiya Universiteti (1981; 2001 il -dən indiki adı ilə) yerləşir.
Dəliməmmədli şəhəri
Dəliməmmədli — Azərbaycan Respublikasının Goranboy rayonunun Dəliməmmədli şəhər inzibati ərazi dairəsində şəhər. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Goranboy rayonunun Dəliməmmədli şəhər tipli qəsəbəsinin əvvəlki adı saxlanılmaqla o, rayon tabeli şəhərlər kateqoriyasına aid edilmiş, Dəliməmmədli qəsəbə Soveti ləğv edilərək Dəliməmmədli şəhəri mərkəz olmaqla Dəliməmmədli şəhər Soveti yaradılmışdır. == Toponimikası == == Tarixi == == Coğrafiyası və iqlimi == Şəhər Gəncə-Qazax düzənliyində, Bakı-Tbilisi dəmiryolunun 349-cu kilometrliyində, Goranboy şəhərindən 26 kilometr şimal-qərbdə, Gəncə şəhərindən 17 km, Bakı şəhərindən 355 km məsafədə, Bakı-Qazax magistral yolu üzərində yerləşir. Şəhərin özündən və Sarovlu kəndindən Kürəkçayın qolları olan üç kiçik çay axır. Şəhər və ətraf torpaqlar açıq şabalıdı torpaq tipindədir. Ərazi əsasən subtropik iqlim qurşağına aid edilir. Ərazidə daha çox mülayim hava kütlələri üstünlük təşkil edir. Qışı çox sərt deyil, yayı isə istidir. Qışda orta tempratur 2⁰C, yayda isə 23,6⁰C-yə yaxındır. == Əhalisi == Şəhər əhalisinə görə Azərbaycanda 122-ci böyük yaşayış məntəqəsidir.
Dəvəçi şəhəri
Şabran, və ya keçmiş adı ilə Dəvəçi (digər tarixi adı Dəvəçibazar) — Azərbaycanın Şabran rayonunun inzibati mərkəzi. Paytaxt Bakı şəhərindən 122 km aralı. Şəhər Quba-Xaçmaz iqtisadi rayonunda yerləşir. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 983-IIIQ saylı Qərarı ilə şəhər Şabran adlandırılmışdır. == Tarixi == Qədim mənbələrdə adı çəkilən Şabran (Şabaran) Qafqaz dağlarının cənub-şərq qolunun şimal-şərq yamaclarında, Samurçay hövzəsində ərazi idi. Sonradan Şirvanşahlar, əl-Babın əmirləri və Arran hakimləri arasında bu ərazi üstündə çəkişmələr olmuşdur. Z.Bünyadov Şabranın Dəvəçi yaxınlığında yerləşən orta əsr sahilyanı şəhəri olduğunu qeyd edir. Şabranın şimal-şərqi Azərbaycan ərazisində idarəçilik mərkəzi olmasını daim hücumlara məruz qalan strateji əhəmiyyətli yer kimi tarixdə buraya olan hücumlar da sübut edir. Müxtəlif istiqamətlərə gedən yollar üzərində yerləşən Şabranı təsadüfü deyildir ki, ərəb hücumları dövründə Xəlifə Ömər Şirvanşahların mərkəzi şəhəri kimi, həmçinin Dərbənd və ətraf yerlərin əhalisini şimaldan hücum edənləri ölkəyə buraxmamaq şərtilə vergilərdən azad etmişdir. Azəbaycan tamamilə ərəblərə tabe edildikdən sonra Şabran III Əmirliyin böyük şəhərləri sırasında qeydə alınmışdı.
Eyr şəhəri
Eyr (ing. Ayr, şot.kelt Inbhir Àir) — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Firuzə şəhəri
Firuzə — İranın Rəzəvi Xorasan ostanınında şəhər və Firuzə şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 205,172 nəfər və 51,897 ailədən ibarət idi.
Füzuli şəhəri
Füzuli — Azərbaycan Respublikasının Füzuli rayonunun Füzuli şəhər inzibati ərazi dairəsində şəhər, Füzuli rayonunun inzibati mərkəzi. 1827-ci ilə qədər kənd olmuş və Qarabulaq adını daşımış, həmin il rus ordusunun polkovniki Pavel Karyaginin şərəfinə Karyagin adlandırılmış və şəhər statusu verilmişdir. 1959-cu ilin aprelində şair Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Karyagin rayonunun və şəhərin adı dəyişdirilərək Füzuli adlandırılmışdır. Bakıdan 310 km cənub-qərbdə yerləşir. 2023-cü ilin sonuna şəhərin əhalisi 1298 nəfərdir. == Tarixi == Füzuli şəhərinin 1403-cü ildən 1905-ci ilədək adı Qarabulaq olub. Qarabulaq kəndi Səfəvilər dönəmində Dizaq qəzasına bağlı şenliklərdən biri idi. Kənd ərazisi Səfəvilər dövlətinin son dönəmində Cavanşir elinin qışlağı olub. 1593-cü ilə bağlı Osmanlı qaynağında Qarabulaq qışlağının adı çəkilir. 1727-ci ilə bağlı Osmanlı qaynağında Qarabulaq qışlağı haqqında bilgi var.
Fəs şəhəri
Fəs — Mərakeşdə şəhər. Fəs əyalətinin inzibati mərkəzidir. == Tarixi == Əsası 789 ildə I İdris dövründə (788—792) qoyulmuşdur. IX–X əsrlərdə (fasilələrla) İdrisilər, XIII—XV əsrlərdə Marinilər dövlətinin paytaxtı olmuşdur. 1911-ci ildə Fransa ordusu Fəsi işğal etdikdən sonra Mərakeş xalqının milli azadlıq mübarizəsinin əsas mərkəzlərindən biri idi. Fəs şəhəri 1956-cı ildə Mərakeş istiqlaliyyət qazandıqdan sonra sürətlə inkişaf etməyə başladı. Fəs həm də ölkənin dini mərkəzidir. 1976-cı ildən YUNESKO xətti ilə Fəsin bərpası üçün tədbirlər görülüb. 2004-cü il siyahıyaalınmasına əsasən şəhər əhalisinin sayı 946 815 nəfər olub.
Gədəbəy şəhəri
Gədəbəy — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Gədəbəy şəhər inzibati ərazi dairəsində şəhər, Gədəbəy rayonunun inzibati mərkəzi. Bakı ilə arasında məsafə 444 km, əhalisi 10.146 nəfərdir. Gədəbəy Şahdağ silsiləsinin şimal ətəyində, 1460 metr yüksəklikdə, Mis çayının sahilində yerləşir. Yaxınlığındakı Mağara dağının ətəyindən XIX əsrdən mis filizi çıxarılır. Bu səbəbdən də şəhərin müasir gerbində "Cu", yəni "cuprum", mis elementinin latın dilindəki işarəsi yazılıb. Gədəbəy müharibələrdə Qarabağ üçün 5000 ümumi Vətən ücün isə 28000 Şəhid vermişdir. İlk dəfə 13-cü əsrə aid mənbədə, qədim erməni dilində Qetabak qalası şəklində qeydə alınmışdır. Həmin qalanın xarabalıqları indiki Gədəbəy yaxınlığındadır. Hazırkı yaşayış məntəqəsi 1863-cü ildə Qazaxdan çıxmış ailələr tərəfindən salınmışdır.Ən uca dağı 3000 metrdən hündür Qoca dağdır. Təbii sərvətləri: Qızıl, mis, uran, gümüş Təsərrüfatı: kartof, kələm, Qonşuları: Tovuz, Daşkəsən, Çəmbərək 'Ermənistan' Şəmkir, Qovlar.
Gəncə şəhəri
Gəncə () — Azərbaycan Respublikasının əhalisinin sayına görə ikinci, sənaye məhsulları istehsalına görə Bakı və Sumqayıtdan sonra üçüncü şəhəridir. Gəncə şəhəri Kiçik Qafqazın şimal-şərq tərəfində, Gəncə-Qazax düzənliyində, Gəncəçayın hər iki sahilində yerləşir. == Tarixi == === Etimologiya === Müasir ərəb tarixşünasları "Gəncə" adının ərəb dilindəki farsca kökənli xəzinə anlamlı "Gānj" sözündən gəldiyini irəli sürürlər. Ərəb coğrafiyaşünası İbn Havqəl 977-ci ildə "Gəncə gözəl, varlı və qələbəlik şəhəridir. Buranın çoxsaylı əhalisi səxavətinə, mehribanlığına, elm adamlarına və mühacirlərə hörmətli münasibətlərinə görə fərqlənirlər" yazmışdır. Fərrux Əhmədov Gəncə şəhərinin adının türk mənşəli olduğunu irəli sürür və ilkin forması hesab etdiyi "Qança" sözünün ilk komponenti "qan", "kan", "kaan", "xan" sözlərini türk dillərində hakim, sərkərdə, başçı, ikinci hissəsi olan –ca şəkilçisini isə məkan, yer, yurd kimi izah edir. Beləliklə, "Gəncə", "Qanca", "Kancə" sözləri "xan yeri", "xan məkanı","xan yurdu", "xanın, xaqanın oturduğu yer" anlamını verir. Müəllif bildirir ki, XX əsrin əvvəlinə kimi "Qanja" və "Xan yurt" adları yerli əhalinin dilində Gəncənin cənub hissəsindəki dağlıq yerlərdə saxlanmışdı". Müasir İran tarixşünasları "Gəncə" adının fars dilindəki "gənc" (azərb. xəzinə‎) sözündən törədiyini iddia edir.