kələkötürlük

ру шероховатость en roughness de Rauheit fr rugosité es rugosidad it ruvidezza
keyfiyyətə nəzarət
kələkötürlüyün dərinliyi
OBASTAN VİKİ
Kələkötürlük
Kələkötürlük - texniki səthdə baza uzunluğunda kiçik addımlarla yaranan forma xətaları toplusu olub, səthin profil kəsiyində ideal həndəsi formadan meyillənmə kimi müxtəlif parametrlərlə səciyyələndirilir. Onlar mexaniki emal və ya başqa təsirlər nəticəsində yaranan kiçik məsafəli səth nahamarlıqlarıdır. İSO 1302-yə görə verilmiş baza uzunluğunda profil aşağıdakı parametrlərlə təsvir olunur. Orta xətt profili iki hissəyə elə bölür ki, profil boyunca materialla dolu (Ao) və boş sahələr (Au) bir-birinə bərabər olur. Maksimal profil hündürlüyü (Rmax) ən dərin çökəklik və zirvəyə toxunan xəttlər arasındakı məsafədir. Maksimal profil dərinliyi (Rm) profilin orta xəttindən aşağıdakı ucqar nöqtəsinə qədər olan məsafədir. Meyillənmənin orta ədədi qiyməti Rz verilmiş uzunluqda 5 ən hündür və 5 ən dərin profil qiymətlərinin ədədi ortasıdır: R z = ( ∑ i = 1 5 | H i m a x | + ∑ i = 1 5 | H i m i n | ) / 5 {\displaystyle R_{z}=\left(\sum _{i=1}^{5}|H_{i\ max}|+\sum _{i=1}^{5}|H_{i\ min}|\right)/5\,\!} Kələkötürlüyün orta ədədi qiyməti isə Ra ilə işarə olunur. O, verilmiş baza uzunluğunda profilin orta qiymətdən bütün meyillənmələrinin orta ədədi qiyməti kimi təyin olunur: R a = 1 l ∫ l 0 [ y i ] d x {\displaystyle R_{a}={\frac {1}{l}}\int \limits _{l}^{0}\left[y_{i}\right]\,dx\,\!} Səthin kələkötürlüyünün texniki cizgidə göstərilməsi də standartlaşdırılıb. Burada səthi kifayət qədər səciyyələndirmək üçün lazım olan parametrlər verilir. Çox vaxt səth üzərində Ra–nın qiyməti əlavə göstərilir.