kaliçe
kalikotomiya
OBASTAN VİKİ
Kalifornium
Kalifornium — işarəsi Cf və atom kütləsi 98 olan radioaktiv metal. İlk dəfə 1950-ci ildə Berkli Kaliforniya Universitetində, küriyumun alfa zərrəcikləri ilə bombardmanı zamanı alınmışdır. Aktinoidlər sırasının 9-cu və urandan sonra sintez edilən 6-cı elementdir. Böyük atom kütləsinə malik elementlər içərisində, eynşteyniumdan sonra adi gözlə görülə biləcək qədər sintez edilmiş elementdir. Elementin adı kəşf olunduğu yerin və universitetin şərəfinə adlandırılmışdır. Kalifornium normal təzyiq altında iki kristal quruluş əmələ gətirir. Çox yüksək təzyiqdə isə o, öz 3-cü kristal quruluşuna keçir. Kalifornium otaq temperaturunda hava ilə təması zamanı oksidləşir. Kaliforniumun ən davamlı izotopu Cf-251-dir ki, onun da yarımçevrilmə periodu 859 ildir. Bu qısa yarımparçalanma periodu, elementin yer üzərində yayılmadığını da bildirir.