Kalimantan
Kalimantan (ind. Kalimantan), bəzən Borneo (malay Borneo) — Adaların dünyada sahəsinə görə sıralamasında üçüncüdür. Adada üç dövlət yerləşir: İndoneziya, Bruney və Malayziya. Onun sahəsi 743,330 km² təşkil edir. Ada Malay arxipelaqının daxilində, cənub-şərqi Asiyada yerləşir.
Ada avropalılar tərəfindən 1521-ci ildə Magellanın ekspedisiyası zamanı kəşf edilir.
== Etimalogiyası ==
Ada bir çox adlarla məşhurdur. Ada ümumxalq dilində Borneo adlanır. Bu ad Bruney sultanlığının adı ilə bağlıdır. Magellanın ekspedisiyası adanın bu hissəsinə lövbər atırlar.