Evgenol kameliyası
Evgenol kameliyası (lat. Camellia sasanqua)
== Təbii yayılması ==
Şərqi və Cənubi-Şərqi Asiyanın tropik və subtropiklərində bitir.
== Botaniki təsviri ==
Hündürlüyü 250-300 sm, şaxələnmiş budaqlı həmişəyaşıl kol və ya kiçik ağacdır. Cavan zoğları tükcüklü, qonur-yaşıl və ya qonurdur. Yarpaqları dərili, parlaq, növbəli, qısa saplaqlı, dişli, tünd yaşıl, mərkəzi damarcıqda tükcülüdür. Çiçəkləri iri, oturaq, zoğların uclarında və ya qoltuqda yerləşir. Kasacığı tökülən, beş, açıq yaşıl, qısa tükcüklü kasayarpaqlardan ibarət, çiçək tacı beş, bəzən altı ləçəkli, ləçəkləri yumru-uzunsov, kənarları bütöv və ya zəif oyuqlu, ağdır. Erkəkcikləri çoxsaylıdır. Toxumları müxtəlif formalı, iti künclü, tünd qonur və ya təxminən qaradır. Sentyabr-dekabrda çiçəkləyir, meyvələri gələn ilin oktyabr-noyabrında yetişir.