kamillik
kampaniya
OBASTAN VİKİ
Kampala
Kampala (ing. və suah. Kampala) — Uqandanın paytaxtı və ən böyük şəhəri. Viktoriya gölünün şimal sahilində yerləşir. Əhalisi 2011-ci ilin hesablamalarına görə 1 659 600 nəfərdir. Şəhərin dəniz səviyyəsindən hündürlüyü 1190 metrdir. Şəhərin adı antilop növü olan impalanın adından götürülmüşdür. Kampala hava limanı şəhərdən 35 km aralıdakı Entebbe şəhərində yerləşir. Şəhərdə Uqandanın ən böyük məscidi olan və Müəmmər əl-Qəzzafinin şərəfinə adlandırılan "Qəddafi məscidi" yerləşir. Şəhərin əsası 1890-cı ildə britaniyalı koloniyaçı Frederik Luqard tərəfindən Kampala təpəsində hərbi məntəqə kimi qoyulmuşdur.