Kapilyarlıq
Kapilyarlıq və ya Kapilyarlıq hadisəsi — maddənin başqa bir maddəni özünə çəkmə hadisəsi. Bir bitkinin ötürmə sistemində və ya nahamar kağızda asanlıqla müşahidə oluna bilər. Bir maye ilə başqa bir maddənin molekulyar səviyyədə cazibəsi, mayenin öz molekulları arasındakı cazibə qüvvəsindən daha çox olması nəticəsində meydana çıxır. Bu təsir, mayenin dik bir səthə toxunduğu hissədə maye səthinin menisk adlandırılan konkav halına gəlməsinə səbəb olur. Eyni təsir süngər kimi maddələrin suyu əmməsinədə də görülür.
Kapilyarlığı müşahidə etmək üçün ən çox istifadə edilən qurğu kapilyar borulardır. Şüşə bir borunun, dik vəziyyətdə, su kimi bir mayenin içinə batırılması nəticəsində konvak bir menisk meydana gəlir. Səth gərginliyi, maye sütununu, cazibə qüvəsi ilə molekülllar arası qüvələr tarazlığa gələnə qədər yuxarı çəkir. Maye sütununun ağırlığı borunun raidusunun kvadratı ilə, maye və boru arasındakı uzaqlığı borunun radiusu mütanasüb olduğundan dar boru mayeni geniş bir borudan daha yuxarı aparır. Misal üçün 0,5 mm radiuslu şüşə boru suyu 2,8 mm yuxarıya çatdırır.