KAPKEYK

is. \[ing. cap "fincan" + cake "tort"\] kul. Xüsusi reseptlə hazırlanan keks və üzərinə maskarpone, ya da krem-pendirdən çalınmış krem çəkilən şirniyyat növü.
KANYUL
KAPS
OBASTAN VİKİ
Kapkeyk
Kapkeyk-hərfi mənası "fincan tortu" olub, həmçinin "feyalar üçün tort" adı ilə də məşhurdur. Bu növ tort porsion olaraq bir nəfər üçün nəzərdə tutulmuş olub, nazik kağız altlıqda və ya alüminium folqada bişirilir. Bəzən müxtəlif cür bəzədilir. İlk kapkeyk reseptlərinə 1796-1828-ci illərin kulinariya kitablarında rast gəlinir.Kərə yağı, şəkər tozu, yumurta və undan ibarət sadə resepti vardır. Kapkeykləri ingilis dilli ölkələrdə ad günü mərasimləri üçün hazırlayırlar. Məlumdur ki, klassik tortların reseptinə uyğun olaraq hazırlanır. İstənilən tort resepti kapkeyk şəklində bişirilə bilər.Müxtəlif aromatlaşdırıcı əlavələr əlavə etmək mümkündür. Həmçinin kişmiş, çərəzlər şokolad ovuntusu və s. dən də istifadə edilə bilər. Ölçüsünün kiçik olmasına görə tortlara nisbətən daha tez hazır olur.